Предыдущая публикация
Ukraynanın Səudiyyə Ərəbistanında ABŞ və Rusiyanın iştirakı ilə aparılacaq danışıqlarda təmsil edəcək nümayəndələri olmayacaq.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"Prezident Zelenski bildirib ki, Səudiyyə Ərəbistanında Ukraynanı təmsil edəcək heç bir sözçü yoxdur. Bu gün danışıqlar masasında müzakirə oluna biləcək heç nə yoxdur. Rusiya danışıqlara hazır deyil", - M.Podolyak bildirib.
Podolyakın sözlərinə görə, Rusiya üçün danışıqlar bu 3 səbəb üçün lazımdır:
“Birincisi, ordunu təkmilləşdirmək üçün əməliyyat fasiləsi, ikincisi, ultimatum tələblərini artırmaq, üçüncüsü isə sanksiyalar mövzusunda spekulyasiya...”
SON XƏBƏR
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев