Münhendə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşən ABŞ rəsmiləri ona Ukraynanın mineral ehtiyatları ilə bağlı sənəd imzalamağı təklif ediblər. Sənədə əsasən ölkənin gələcək mineral ehtiyatlarının yarısı ABŞ-ın ixtiyarına keçəcəkdi, lakin Ukrayna lideri bundan imtina edib.
Bu barədə “Vaşinqton Post” qəzeti Konqres nümayəndələrinə istinadən yazıb.
"Münhendəki bir neçə qanunverici mənə dedi ki, ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə ABŞ-ın Ukraynanın gələcək mineral ehtiyatlarının 50 faizi üzərində hüququnu tanıyacaq kağız parçası uzadıblar. Lakin Zelenski nəzakətlə onu imzalamaqdan imtina edib", - nəşrin jurnalisti Coş Roqin qeyd edib.
Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın maliyyə naziri Skott Bessentlə görüşdən sonra təbii ehtiyatlarla bağlı sazişə dair sənədləri imzalamaqdan imtina etmişdi.
SON XƏBƏR
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1