ABŞ Prezidenti Donald Tramp Sasseks hersoqu Şahzadə Harrini ölkəsindən deportasiya edə biləcəyi barədə açıqlamaları ilə bağlı “The New York Post”a danışıb.
Tramp Harrini deportasiya etməkdə heç bir marağı olmadığını bildirib.
“Bunu etmək istəmirəm. Onun həyat yoldaşı Meqan Markl ilə kifayət qədər problemləri var. Meqan qorxunc insandır. Məncə, yazıq Harri idarə olunur“, - deyə Tramp əlavə edib.
Xatırladaq ki, Böyük Britaniya şahzadəsi Harri ötən il rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirmişdi.
Donald Tramp isə ikinci prezidentlik müddətindən öncə Harriyə “deportasiya” mesajı vermişdi. Belə ki, o, şahzadənin narkotikdən istifadə ilə bağlı yalan danışdığı aşkar edilərsə, ABŞ-dən deportasiya oluna biləcəyini açıqlamışdı.
Buna səbəb isə Harrinin 2023-cü ildə nəşr etdiyi "Spare" adlı kitabında əvvəllər bəzi narkotik vasitələrdən istifadə etdiyini deməsi olub.
SON XƏBƏR
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев