Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirənin ABŞ lideri Donald Trampın fələstinlilərin köçürülməsi təklifinə qoşulmaqdan imtina etdiyini bildirib.
Bu haqda “Reuters” məlumat yayıb.
Siyasətçi Amerika liderinin İordaniya və Misirin Qəzza zolağının sakinlərini qəbul etməsi zərurəti ilə bağlı bəyanatını “ədalətsizlik aktı” kimi qiymətləndirib.
Əs-Sisi vurğulayıb ki, Qahirə iki dövlətli həll əsasında İsrail və fələstinlilər arasında sülhə nail olmaq üçün Trampla birlikdə çalışacaq.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İordaniya kralı II Abdullah ilə Qəzzadan olan fələstinlilərin qonşu ölkələrə köçürülməsi imkanlarını müzakirə etdiyini bildirib. Zəng zamanı Tramp bildirib ki, İordaniya və Misir Qəzzadan daha çox fələstinli götürməlidir.
SON XƏBƏR
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев