Предыдущая публикация
ABŞ-nin yeni Prezidenti Donald Tramp vəzifələrinin icrasına başladıqdan sonra ölkədə qanunsuz yaşayan miqrantlara qarşı mübarizəni gücləndirib. Artıq İmmiqrasiya İdarəsi deportasiya ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib.
Onların arasında 709 Azərbaycan vətəndaşı da yer alıb. Həmin şəxslərin saxlanılaraq ölkəyə deportasiya ediləcəyi bildirilir.
Siyahıya, həmçinin 3103 Türkiyə vətəndaşı, 3518 rus, 2808 erməni və 1862 ukraynalı daxildir.
Eyni zamanda, öz ölkələrinə geri göndərilməsi planlaşdırılan miqrantların ən çoxu Latın Amerikası ölkələrinin – Honduras, Qvatemala, Meksika və El Salvador vətəndaşlarıdır.
SON XƏBƏR
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев