Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun bildirdiyinə görə, Goranboyda ailə qurmaq məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb.
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi, Goranboy Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və Goranboy rayon polis şöbəsinin əməkdaşları hər iki ailənin yaşadığı ünvanda olublar, fakt ətraflı araşdırılıb.
Daha sonra oğlan və yetkinlik yaşına çatmayan qız polis şöbəsinə aparılıb, izahatları alınıb. Hər iki ailəyə qanunvericiliyin tələbləri izah olunub. Hazırda istintaq bölməsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək”.
SON XƏBƏR
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев