Bu rəssamın
gözünün qabağında ən yaxın dostunu öldürürlər.
Rəssam dostunun ölümüylə barışa bilmir.
Ağlayaraq bir əsər çəkməyə başlayır. Əsəri
dostuna həsr eliyir. Istiyir ki, bu əsəri hamı
görsün. Əsəri sərgiyə çıxarır. Varlı bir şəxs əsərə
sahib olmaq istəyir. Rəssama küllü miqdarda pul
təklif eliyir. Ama ressam onunla razı olmur . Əsəri
dostuma həsr eləmişəm. Bu əsərin qiyməti yoxdu
deyir. Sərgi bitir. Rəssam sevgilisinə zəng edir.
Öyrənirki sevgilisi sərgiyə gələrkən, onu maşın
vurub. Tez xəstəxanaya gedir. Həkimdən
soruşurki, qızın səhhəti necədir?Həkim deyir.. Bu
qızı ancaq bir nəfər əməliyyat edib sağalda bilər.
Yaşlı professor. Əməliyyat heç cürə pulsuz
olunmur. Nə rəssamın, nədə qızın ailəsinin imkanı
olmurki əməliyyat etsinlər. Ressam düşünürki,
dostuna həsr etdiyi əsəri sata bilməz. O əsərdən
çəkmək ûcün gərək ölüm və qan görsün. Rəssam
xəstəxanadan çıxr. Yolda bir yaşlı kişi görür.
Qurbanını təyin edir. Yaşlı kişini öldürür və əsəri
Çəkir. Sərgiyə aparıb həmin varlı şəxsə satır. Pulu
alıb xəstəxanaya qayıdır. Həkimə pulu verib qızı
əməliyyat etməklərni istiyir. Həkim deyir… Bir neçə
saat bundan əvvəl professor bura gələrkən, bir
binanın blokunda öldürülüb. Rəssam dizlərni yerə
qoyub ucadan qışqırır. Cûnki onun öldürdüyü yaşli
kişi həmin professor idi. Qız ölür.Rəssam səhəri
gün öz otağından özünü asmamışdan qabaq 3 söz
yazır. İncəsənət, ölüm və sevgi
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев