Предыдущая публикация
Həsrət qaldım yaman ata ocağına.
Atıldım da qovuldum da mən o yurddan,
Heç çıxarmı ata yurdum söylə yaddan?
Keçirəm o qapıdan indi mən xəlvət,
Atamın da o ruhu narahat əlbət.
Ruhu da səsləyir məni o yerə
Artıq o günlərim gəlməz ki, ələ.
Hayım hara çatar ki, atasız qızam,
Məni də gəl apar ata, razıyam.
Atam köçüb getdi günüm qaraldı,
Atasızlıq məni yamanca yordu.
Əvvəl ata ətrini yurddan alardım,
Onun bağ-bağçasını seyrə dalardım.
İndi göz yaşlarım tutub o yeri,
Cəsarət etməyib çəkilirəm geri.
Gecələr gündüzlər qəlbim sızlayır,
Fidan da dözməyib elə hey ağlayır.
Deyir ata yurduma bir baş çəkəydim,
Onun ruhu olan yerdə öləydim.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 18