Evdən çıxanda telefonunu götürməyi unutdu.
Quran, telefondan soruşdu: Səni buraya niyə atıblar?
Telefon dedi: O, birinci dəfədir ki, məni unudur.
Quran dedi: Qəribədir, amma məni həmişə unudur.
Telefon: Mən həmişə onunla danışıram, o da, mənimlə.
Quran: Mən də həmişə onunla danışıram, amma o, nə qulaq asır və nə də mənimlə danışır.
Telefon: Axı mənim mesaj vermə və mesaj alma xasiyyətim var..
Quran: Mənim də, çoxlu mesajlarım var. Hətta, mənim mesajlarım heç vaxt silinmir. Həm dünya, həm də axirət səadətinə qovuşmağın yolu mənim mesajlarımdadır. Amma, nədənsə o, bu mesajları oxumur.
Telefon: Mənim çoxlu sayda dalğalarım və sağlamlığa ciddi zərər vura biləcək maqnit sahələrim vardır ki, insan beyni və gözləri üçün inanılmaz dərəcədə zərərlidir. Amma bütün bunlarla yanaşı, o, məndən əl çəkmir..
Quran: Amma mən ruhlar, can və cisimlərin təbibiyəm. Bu qədər müalicəvi xasiyyətimlə yanaşı o, məndən uzaq gəzir.
Telefon: O, dostlarına mənim keyfiyyətim barədə danışır.
Quran: Mənim də ən böyük və ən yaxşı keyfiyyətlərim var. Amma mənim barədə dostlarına danışmağa üzü gəlmir..
Bu arada gəncin ayaq səsləri gəldi: Telefonumu unutmuşam...
Telefon: İcazənizlə, gəldi. Məni aparsın.. Mən sizə dedim axı o, mənsiz yaşaya bilməz....
Quran: Mən də Qiyamət günü Rəbbimə şikayət edib deyəcəm ki:
"Ey mənim Rəbbim! Həqiqətən mənim ümmətim bu Quranı tək qoydular." (Furqan surəsi, ayə 30).
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев