Azərbaycanlı “qanuni oğrular” arasında yeni savaş;
Sankt-Peterburqda yaşayan “Əli Gəncinski” həbsxanada cəza çəkən “Quli”ni onun qətlinin sifariş verməkdə suçlayır
Azərbaycanlı “qanuni oğru”lar -“Albert Rıjıy” ləqəbi ilə tanınan Əli Heydərov və Azərbaycanda həbsxanada cəza çəkən Nadir Səlifov (“ Lotu Quli”) arasında savaş başlayıb. Rusiya mətbuatının yazdığına görə, bu ilin mart ayının 18-də Sankt-Peterburqda məskunlaşmış azərbaycanlı “qanuni oğru” “Albert Rlıjıy”ı öldürmək istəyiblər. Rəsmi xəbərdə deyilir ki, martın 18-də axşam saat 10 radələrində iki killer “Albert Rlıjıy”ı öldürmək məqsədi ilə onun yaşadığı evin ətrafında pusqu qurublar. Moskva nömrəli “Audi А8”də öz qurbanını güdən killerləri yaxınlıqda daha bir avtomobil gözləyib. “Kalaşnikov” avtomatı və iki tapança ilə silahlanan muzdlular məqsədlərinə çata bilməyiblər. Polis azərbaycanlı avtoriteti qətlə yetirmək istəyənləri həbs edib.
Polis bölməsində məlum ki, həbs edilənlər Naberejnıy Çelnı vilayətində qeydiyyatda olan Aleksey Şparuta və Ruslan Koryaqindir.
Həbs edilənlər deyiblər ki, azərbaycanlı “vor zakon” un qətlinin sifarişini Peterburqda yaşayan bir nəfərdən alıblar. Bir neçə gün sonra sifarişçi - Gürcüstanda anadan olmuş 32 yaşlı İlham Hacıyev də həbs edilir. “Hamlet” ləqəbi ilə tanınan avtoriteti əvvəl təslim olmaq istəməyib və yaşadığı mənzilin balkonundan qaçmağa cəhd edib. İkinci mərtəbədən düşmək istəyərkən polislər ona pnevmatik silahdan atəş açaraq yaralayıblar. Yüngül xəsarət aldığından səhəri gün onu istintaq təcridxanasına aparıblar.
Məlumata görə, “Hamlet” hələ də istintaq ifadə verməyib. Rusiya KİV-ləri həbs edilən killerlə bağlı sensasion hesab olunacaq məlumat da yayıblar. Primecrime.ru saytının xəbərində deyilir ki, 39 yaşlı Aliksey Şparuta və 45 yaşlı Ruslan Koryaqin bir sıra başqa qanunsuz əməllər-adam oğurluğu və dələduzluqda şübhəli bilinirlər. Sayt yazır ki, onlar Rusiyanın ən adlı-sanlı “qanuni oğru”larından olan Hikmət Muxtarovun qətlinin əsas şübhəlilərindən hesab edilirlər. Qeyd edək ki, “Sabirabadlı Hikmət” kimi tanınan “qanuni oğru” 2006-ci ilin aprelində Moskvada “Kalaşnikov” avtomatı ilə qətlə yetirilib və nə şifarişçi, nə icraçılar bu günədək tapılmayıblar. Bu mənada Rusiya saytının xəbəri əsl sensasiya sayıla bilər...
Bəs, “Albert Rıjıy” kimdir və onun qətlinin kim sifariş verə bilər? Məlumatda deyilir ki, killerin həbsindən dərhal sonra Peterburqun kriminal aləmində bu mövzu əsas müzakirəyə (“razbiorka”) çevrilib.
Əli Müseyib oğlu Heydərov 1981-ci ilin fevral ayının 2-də Gəncədə anadan olub. “Albert Rıjıy” ləqəbi ilə məşhurlaşan Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ilin payızında Aslan Usoyanın dəstəyi ilə alıb. “Ded Xasan” klanında yer alan “Albert Rıjıy” Rusiyanın Şimal-Qərb regionu üzrə “smotryayuşi” təyin edilib. “Ded Xasan” ın qətlindən sonra da( “Ded Xasan” 2013-cü ilin yanvar ayının 16-da öldürülüb) klana sadiq qalan “Albert Rıjıy” yerini kimsəyə güzəştə getmək fikrində deyil. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır. Bu səbəbdən də Ə.Hüseynov həm də “Albert Arxangelsk” kimi də tanınır. Xarakter etibarilə sərt olan azərbaycanlı “qanuni oğru” bahalı maşınlar həvəskarıdır və tez-tez avtomobillərini dəyişir.
İddialara görə, sifarişçi kimi həbs edilən “Hamlet” ləqəbli İlham Hacıyev “qanuni oğrular”la qan qohumudur. Kommersant.ru saytı qeyri-rəsmi mənbələrə istinadən “Hamlet”in Səlifov qardaşları ilə qohum olduğunu iddia edib. “Qeyr-rəsmi xəbərə görə, “Hamlet” Nadir və Namiq Səlifov qardaşları ilə yaxın qohumdur. Namiq Səlifov hazırda Türkiyədə məskunlaşıb. “Lotu Quli” kimi tanınan Nadir Səlifov isə uzun müddətdir ki, Azərbaycanda həbsdədir”deyə, kommersant.ru-nun xəbərində deyilir.
May ayının 11-də “Albert Rıjıy” Piterdə “sxodka” keçirib və bu qətlinin sifarişiçi kimi “Quli” nin adının hallandırılması geniş müzakirə olunub. Primecrime.ru saytı yazır ki, “sxodka” da 40 yaşlı Aliksey Qudına(“Lexa İrkutski”) və 31 yaşlı Besik Kvinixidze( “Beso Rustavski”) “qanuni oğru” titulundan məhrum ediliblər. 51 yaşlı “qanuni oğru” Merab Mzareluaya isə “ciddi xəbərdarlıq” edilib.
“Qanuni oğru” ların titulundan məhrum edilməsi barədə “praqon”u “Mirıça”, “Albert Rıjıy”, “Saçino”, “Beco Zarandiya”, “Qaço” və “Yura Lazerevskiy” kimi kriminal avtoritetlər adından yayılıb. “Praqon” da deyilir ki, “Lexa” və “Beco” “oğru ailəsinə” fırıldaq yolu ilə daxil olmağa çalışıblar və heç vaxt “qanuni oğru” olmayıblar”.
Məlumatda o da deyilir ki, Aliksey Qudına(“Lexa İrkutski”) “Albert Rıjıy”ın öldürmək istəmələri ilə bağlı xəbərlərə və bu işdə həmyerlisi “Quli”nin adının hallanmasına etiraz edirmiş. Qudına iddia edirmiş ki, sui-qəsd məsələsini “Albert Rıjıy” özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb. Qudına bu iddianı sübuta yetirə bilmədiyi üçün ağır cəzalandırılıb.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев