Özümü aldatmaq, təsəllim olub,
Sən yoxsan - Deməyə, dilim gəlmədi
Yazdığın məktublar saralıb, solub,
Atmağa ürəyim, əlim gəlmədi...
Çox olub can alan,nazlı gözəllər,
Tək sənin eşqinlə yazdm, yaratdım
Ötdükcə ömürdən, bu sənsiz illər,
Sənli xəyallarla, başımı qatdım.
Özümü yandıran, öz ahım olub,
Ərşə çəkiləndə, haçan yuxular
Ümidlə açılan, sabahım olub,
Bir vaxt, gözlərimdən qaçan yuxular.
Kim bilir, qarşıda nələr olacaq,
Özgə bir sevgiyə, bəxtə qonağıq,
Kim necə yaşayır bilmirik, ancaq,
Bir onu bilirik, hələ ki, sağıq...
Heyif, gec anladıq sevib, sevilmək,
Həyatın ən şirin, gözəl anıymış,
Bu uzun hicranın, sonunu bilmək,
Bir gödək ömürün, imtahanıymış...
Məhərrəm Anar. 02.06.2019.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев