Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Unut məni bir ömürlük yaddan çıxar
Sil at məni həyatından bir dəfəlik
Yada düşsə mənli olan xatirələr
Yuxu kimi xəyal eylə, əlvida de həmişəlik
Səndən uzaqlarda olacam yəqin
Nə əlin çatacaq nədəki səsin
Elə hər gələndən xəbər alacan
Axtarıb arayıb fəryad salacan
Soruşub önünə çıxan hər kəsdən
Qəhərdən boğulan titrək səsinlə
Yaşları sel kimi süzən gözlərlə
Mənim ünvanımdan haray soracan
Sənə gecələrdə gündüz olacaq
Baxışlar dikilib yolda qalacaq
Elə ah çəkəcən qəlbin yanacaq
Zülmün cəhənnəmdən betər olacaq
Havalı gəzəcən getdiyin yeri
Gülüb ağlayacan dəlilər kimi
Saçını yolacan diz üstə çöküb
Etdiyin səhvləri bilənə kimi
Kaş səni o anda görə bileydim
Kənardan sakitcə
Pul üçün yaşama qısa ömrünü
Yaşa yaratmaqçün sevgi.eşq üçün
Qiyməti olmayan məhəbbət üçün
Elə yaşa ki sən eşqin yolunda
Təmiz seviləsən təmiz sevəsən
Ürəkdə əkdiyin eşq toxumuna
Saf olan sevginlə qulluq edəsən
Kölgə:
İsmimi qəlbinin divarına yaz
Cansız divarlara yazma silinər
Unutmaq istəsən məni ürəkdən
Kölgəm kölgən olar sənlə sürünər
Kirpiklər qırpınmaz sükutda qalar
Gözlərin yaş deyil yağmur yağdırar
Kölgə:
Sevdim gəncliyimin cavan çağında
İlk görən bir andan vuruldum sənə
Çox sevdim ürəkdə açdı eşq gülüm
Mən sənə bağlandım elə o gündən
Dilimə gətirib deyə bilmədim
Sevirəm söyləyib sevə bilmədim
Bu eşqi mən sənə deyə bilmədim
Elə gizli gizli sevdim mən səni
Qismətim sən idin eşqim sən idin
Amma qərar tutub eşqim yolunda
Bu sirri mən sənlə bölə bilmədim
Elə qəlbimdəcə sakit sükutla
Lal olan eşqimi dilsiz bəslədim
Səni çox sevirdim dəlicəsinə
İndidə elədir o sevgi sənə
Yaşayır acıyla o eşq sinəmdə
Hərgün çatır çatır yanır qəlbimdə
Səndə hiss etmişdin məhəbbətimi
O saf hisslərimi,sevgi,eşqimi
Bilirdin vurğunam sənin hüsnünə
Aşiqin olmuşdum dəlicəsinə
Mənə göndərdiyin sorağı aldım