Məsuliyyət.
Yarımçıq təhsil, erkən nikah, qanunsuz kəbin... və ardınca daha bir yığın problem.Hazırda il ərzində erkən nikahların sayı təqribən 500-550 civarındadır.
Nikahsız nikahlar erkən nikah yaşı , yəni 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. Erkən nikah demoqrafiyaya böyük zərbədir. Çünki ana olmağa hazır olmayan qadının dünyaya gətirdiyi uşaq çox vaxt tam normal olmur. Bundan başqa, uşaq ölümünün artması faktlarında bu məsələ az rol oynamır. Bununla yanaşı, erkən nikah məsələsində cavanlaşma amili də özünü qabarıq büruzə verir. Belə ki, 2003-cü ildə daha çox 15-16 yaşlı qızların ərə verilməsi faktları mövcud idi. Bu gün isə 13, hətta 12 yaşlı qızların ərə getməsi hallarına rast gəlmək mümkündür.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1. , 60.2, 60.3, 60.4. bəndlərində deyilir: Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan polisinin hərəkətləri
Azərbaycan Respublikasının “Polis Haqqında” qanununda yeniyetmələrin hüquq və
maraqlarının müdafiəsi ilə bağlı maddələr vardır: “Yeniyetmələrin hüquqlarının
pozulmasının qarşısının alınması ilə bağlı polis işçisinin vəzifələri” (maddə 15.1) və
“Yeniyetmələrin hüquqlarının pozulması ilə bağlı polis işçisinin hüquqları” (maddə 19.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “ Qadını nikaha daxil olmağa məcbur etmə” (maddə 176.1.) maddələrində qeyd olunur ki, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və yadörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ( 176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
2010-2011 -ci illərin rəsmi statiskasına görə erkən nikaha daxil olan qadınların 37,4%-i öz istəyi ilə, 25,9%-i valideynlərinin təzyiqi altında, 10,7%-i ailədə maddi vəziyyətin çətin olduğuna görə, 7,9%-i ərinin maddi cəhətdən varlı olmasına görə, 6,4%-i qaçırıldığına və və 1,6 %-i hamilə olduğuna görə erkən nikaha daxil olmuşdur. 16 yaşda öz istəyi ilə, 15 yaşda hamilə olduğuna görə erkən nikaha daxil olma hallarının xüsusi çəkisi daha yüksək olmuşdur. Qaçırılma halları 15 və 17 yaşlılar arasında dah çox baş vermişdir. Erkən nikaha daxil olan qadınların atalarının əksəriyyəti kənd təsərrüfatı işçisi - 31,9%, fəhlə - 17,0%, nəqliyyat işçisi - 9,6%, analarının - evdar qadın - 53,7 %, kənd təsərrrüfatı işçisi -17,9%, ərləri isə - kənd təsərrüfatı 21,1%, ticarət 14,1% nəqliyyat 9,9% və tikinti- 7,2% sahələrində məşğul olmuş, eləc də fəhlə -13,1%, fermer 7,3 % və işsiz – 7,0% olmuşdur.
Hesab ediriəm ki, qanunvericilikdə də müəyyən boşluqlar var və müəyyən dəyişikliklər etmək lazımdı. Çünki burada valideynlərin məsuliyyəti də çox böyükdür. Məncə, övladlarını təhsildən yayındıran valideynlər ciddi məsuliyyət, o cümlədən cinayət məsuliyyəti daşımalıdır. Valideynlər anlamalıdırlar ki, övladlarını təhsildən ayırmaqla, məcburən ərə verməklə onların hüquqlarını pozurlar və bu qanun pozuntusu məhz cinayət məsuliyyətilə tənzimlənməlidir..Mülki, Ailə, Cinayət məcəllələrində, “Təhsil haqqında” qanunda xüsusi hüquqi məsuliyyət müəyyən edən və erkən nikahların qarşısını alan maddələr öz əksini tapmalıdır ki, gənc qızların təhsildən yayındırılaraq və zorakılığa məruz qalaraq ərə verilməsinə yol verən şəxslər – istər valideynlər, istərsə də kəbin kəsən mollalar özlərində hüquqi məsuliyyət hiss etsinlər və buna yol verməsinlər. Bu baxımdan qanunvericiliyin sərtləşdirilməsinə ciddi ehtiyac var. Bunun üçün həm QHT-lər, həm də dövlət təşkilatları xüsusi təşəbbüslə çıxış etməlidirlər. Ötən il qanunvericiliyə dəyişiklik təşəbbüsü ortaya qoyuldu ki, ailə quran qızların yaş həddi 18-ə qaldırılsın. Qızların yaş həddi nə qədər çox artırılsa bu, onların mülkiyyət, təhsil hüququnun təmin olunması baxımından daha düzgün olar.XXI əsrdə yaşayırıq. Qızlarımıza yüksək təhsil almaq üçün imkan yaratmalıyıq. Qızlarımız da oğlanlarımızla bərabər inkişaf etməlidir. Bu gün qadın-kişi hüquqlarının bərabərliyindən danışırıq, qadınlara bərabər imkanlar, bərabər nəticələr verilməsini tələb edirik. Amma qızlarımız təhsildən yayınıb erkən nikaha gedirsə, bundan necə danışa bilərik. Ona görə də biz bununla bağlı bütün istiqamətlərdə işimizi gücləndirməliyik. Bu hadisənin artmaması, qarşısının alınması üçün əlimizdən gələn hər bir şeyi – ictimai səfərbərlikdən, ictimai qınaqdan tutmuş qanunlarımızın təkmilləşməsinə və möhkəmlənməsinə qədər bütün işlər görülməlidi.
Yeniyetmə yaşında olan qızlar ailə üzvlərinin, valideynlərin təzyiqi əsasında özlərindən qat-qat böyük kişilərə ərə verilirlər. Bir müddət sonra xasiyyətləri tutmadıqda və ya zorakılığa məruz qaldıqda boşanmağa məcbur olurlar. Boşandıqda isə rəsmi nikahları olmadığından heç bir mülkiyyət hüququ əldə edə bilmirlər.Erkən nikah problemi ilə rastlaşanda sosial və psixoloji reabilitasiya işləri aparılmalıdır. Bunun üçün ailə psixoloqu təyin edilməlidir. Ailə institutu yaradılmalı, erkən nikaha cəlb edənlərə reabilitasiya işi həyata keçirilməlidir.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев