Qazi dostum Tərlan Hüseynova
Onda tutulmuşdu nifrətə, kinə,
Zaman dəniz kimi ləpələnirdi.
Mina qoymuşdular sanki bətninə,
Vətən neçə yerdən qəlpələnirdi.
İgidlər qıymırdı öləsən, Vətən,
Qəlpələr üstünə atılırdılar.
Şəhidin, qazinin qanı əkilən,
Torpaqlar alınıb satılırdılar.
Satılan bir yurdda min can gedirdi,
Can nədir, torpağın, daşın sağ olsun.
İgidlər torpağa qurban gedirdi,
Deyirdilər, Vətən, başın sağ olsun.
Bu dünya kəsilən başlara bivec,
Kimə nə, ac qalıb papaqtikənlər.
Kor olmuş gözlərə görünmədi hec,
Nə sən etdiklərin, nə sən çəkənlər.
Gözlərə girməsək yox sayılırıq,
Ölməmiş görünmür yeri adamın.
Təəssüf, biz bir az gec ayılırıq,
Qədrini bilmirik diri adamın.
Hər şey ürəkdeşən, bax budur dərdim,
Ürək qorumağa heç nə yox, atam.
Zirehli bir ürək olsa verərdim,
Ürəyində qəlpə gəzdirən adam.
O qəlpə şərəfin dös nişanıdır,
Sancılıb sinənə mukafat kimi.
Ürəyin şəhidlər xiyabanıdır,
Salamın qibləyə salavat kimi.
Sənə layiqincə verdikmi qiymət,
Qalmısan cəngində min dərdin, sərin.
Bu günkü müstəqil, azad məmləkət,
Şəhidin, qazinin, sənin əsərin.
Səni səndən gözəl anlamaz heç kim,
Nəbzin Vətən üçün vurur, duyuram.
Ay qəlbi yaralı, gəzən şəhidim,
Sənin varlığınla qürur duyuram...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 6
(Mənim atam da qəlpə gəzdirirdi həm ağ ciyərində, həm də bel sümüyündə - o da vətən müharibəsində almışdı yaranı)