Bu vaxtı radioda qadını dinləyən ateis bir imkanlı şəxs qadına ərzaqla kömək etmək fikrinə düşür, niyyəti isə qadına Allahın deyil, məhz onun kömək etdiyini və bununla da guya Allahın mövcud olmadığını bildirmək istəyir. Katibəsinə həmin proqrama zəng edərək, ünvanı almasını və çoxlu ərzaq məhsulları alaraq qadına aparmağı tapşırır. Lakin ona həm də tapşırır ki, bu ərzaqları verəndən sonra, əgər qadın bunların kim tərəfindən göndərildiyini soruşsa, de ki, "Şeytan göndərib!". Katibəsi elə də edir, çox sayda ərzaq məhsulları aldırıb gedir qadının evinə və ərzaqların hamısını boşaltdırır. Qadın sevincək halda ərzaqları yerbəyer edir. Katibə, təəccüblə soruşur ki, bəs "Bunların kim tərəfindən göndərildiyini bilmək istəmirsən?" Qadın gülərüzlə cavab verir: "Xeyr, bu mənim üçün maraqlı deyil, çünki Allah əmr edərsə, şeytanlar da Ona itaət edər".
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев