Ne gozel gunler var idi.
Vətən yuxusu.
Yuxumda bu gecə getmişdim Zoda
Hər yan yağı idi, keçə bilmədim.
Zodu ermənilər tutmuşdu oda
Tüstüdən kəndimi seçə bilmədim.
***
Örüşü dolanmaq gəldi beynimə
Yolumu saldım mən Şişgüneyinə.
Ordan da addadım Daşdınöyünə,
Qotur bulağından içə bilmədim.
Gəzdəkdə bir xeyli xəyala daldım,
Ötən o, günləri yadıma saldım.
Əyilib torpaqdan bir ovuc aldım.
Daşını kəsəkdən seçə bilmədim.
Duzdaqda bir sürü quzu var idi,
İnəkdağı bizsiz ahu-zar idi.
Taxıl zəmiləri məhsul, bar idi,
Kərənti götürüb biçə bilmədim.
Qılışdar durmuşdu, bir az da qəmli,
Keçəllər baxırdı gözləri nəmlı.
Rəhim bulağının suyu məlhəmli,
Mən Ocaqtəpəyə qaça bilmədim.
Zodun bəhərini yağılar yeyir,
Ağbulaq:-əzizim hardasız deyir.
Daştəpə a
Daştəpə acizdi, qəddini əyir,
Mən onun qamətin aça bilmədim.
Qaratəpə mərdi-mərdanə durur,
Uçuqkilsədə su fəvvarə vurur.
Körpə şam ağacı boynunu burur,
Onların dərdləri neçə, bilmədim.
Xarabalıqda ot yam-yaşıl dizdən,
Böyük Daşdınöyü küsübdü bizdən.
Maralarxacını keçirdim gözdən,
Arılar veribmiş beçə, bilmədim.
Beşdaşdan boylandım cələyə sarı,
Hələ getməmişdi Quzeyin qarı.
Seyr etdim uzaqdan mən o, Qatarı,
Quş olub zirvəyə uça bilmədim.
Ellərin komunda mən qonaq oldum,
Bir dəstə quzqulaq, yemlik də yoldum.
Gecəni tək-tənha orada qaldım,
Yuxudan gözümü aça bilmədim.
Hənifə bulağı şır-şır axırdı,
Cinqaya maraqla ona baxırdı.
Ardışdıda tez-tez şimşək çaxırdı
Günəş tək aləmə saça bilmədim.
Qızlaratoyolan bəysiz, gəlinsiz
Məsciddə qalmayıb müsəlmandan iz.
Mən Südlü bulaqdan içəm, çökdüm diz,
Zəhmətim gedibmiş puça, bilmədim.
Divək daşındaydım ney səsi gəldi
Sarının dərəsi bir laləzərdi.
Qayada dayanmış təkə gözəldi,
Gülləm toxunubmuş qoça. bilmədim.
Yuxudan ayıldım elə bu zaman,
O, ulu Tanrıdan dilədim aman.
Göyçəyə getməyə ver Allah imkan,
Maarifəm Zoda köçə bilmədim.
2003.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 19
Vətən yuxusu.
Yuxumda bu gecə getmişdim Zoda
Hər yan yağı idi, keçə bilmədim.
Zodu ermənilər tutmuşdu oda
Tüstüdən kəndimi seçə bilmədim.
***
Örüşü dolanmaq gəldi beynimə
Yolumu saldım mən Şişgüneyinə.
Ordan da addadım Daşdınöyünə,
Qotur bulağından içə bilmədim.
***
Gəzdəkdə bir xeyli xəyala daldım,
Ötən o, günləri yadıma saldım.
Əyilib torpaqdan bir ovuc aldım.
Daşını kəsəkdən seçə bilmədim.
***
Duzdaqda bir sürü quzu var idi,
İnəkdağı bizsiz ahu-zar idi.
Taxıl zəmiləri məhsul, bar idi,
Kərənti götürüb biçə bilmədim.
***
Qılışdar durmuşdu, bir az da qəmli,
Keçəllər baxırdı gözləri nəmlı.
Rəhim bulağının suyu məlhəmli,
Mən Ocaqtəpəyə qaça bilmədim.
***
Zodun bəhərini yağılar yeyir,
Ağbulaq:-əzizim hardasız deyir.
Daştəpə a
...ЕщёVətən yuxusu.
Yuxumda bu gecə getmişdim Zoda
Hər yan yağı idi, keçə bilmədim.
Zodu ermənilər tutmuşdu oda
Tüstüdən kəndimi seçə bilmədim.
***
Örüşü dolanmaq gəldi beynimə
Yolumu saldım mən Şişgüneyinə.
Ordan da addadım Daşdınöyünə,
Qotur bulağından içə bilmədim.
***
Gəzdəkdə bir xeyli xəyala daldım,
Ötən o, günləri yadıma saldım.
Əyilib torpaqdan bir ovuc aldım.
Daşını kəsəkdən seçə bilmədim.
***
Duzdaqda bir sürü quzu var idi,
İnəkdağı bizsiz ahu-zar idi.
Taxıl zəmiləri məhsul, bar idi,
Kərənti götürüb biçə bilmədim.
***
Qılışdar durmuşdu, bir az da qəmli,
Keçəllər baxırdı gözləri nəmlı.
Rəhim bulağının suyu məlhəmli,
Mən Ocaqtəpəyə qaça bilmədim.
***
Zodun bəhərini yağılar yeyir,
Ağbulaq:-əzizim hardasız deyir.
Daştəpə acizdi, qəddini əyir,
Mən onun qamətin aça bilmədim.
***
Qaratəpə mərdi-mərdanə durur,
Uçuqkilsədə su fəvvarə vurur.
Körpə şam ağacı boynunu burur,
Onların dərdləri neçə, bilmədim.
***
Xarabalıqda ot yam-yaşıl dizdən,
Böyük Daşdınöyü küsübdü bizdən.
Maralarxacını keçirdim gözdən,
Arılar veribmiş beçə, bilmədim.
***
Beşdaşdan boylandım cələyə sarı,
Hələ getməmişdi Quzeyin qarı.
Seyr etdim uzaqdan mən o, Qatarı,
Quş olub zirvəyə uça bilmədim.
***
Ellərin komunda mən qonaq oldum,
Bir dəstə quzqulaq, yemlik də yoldum.
Gecəni tək-tənha orada qaldım,
Yuxudan gözümü aça bilmədim.
***
Hənifə bulağı şır-şır axırdı,
Cinqaya maraqla ona baxırdı.
Ardışdıda tez-tez şimşək çaxırdı
Günəş tək aləmə saça bilmədim.
***
Qızlaratoyolan bəysiz, gəlinsiz
Məsciddə qalmayıb müsəlmandan iz.
Mən Südlü bulaqdan içəm, çökdüm diz,
Zəhmətim gedibmiş puça, bilmədim.
***
Divək daşındaydım ney səsi gəldi
Sarının dərəsi bir laləzərdi.
Qayada dayanmış təkə gözəldi,
Gülləm toxunubmuş qoça. bilmədim.
***
Yuxudan ayıldım elə bu zaman,
O, ulu Tanrıdan dilədim aman.
Göyçəyə getməyə ver Allah imkan,
Maarifəm Zoda köçə bilmədim.
2003.
Ünvanımı soruşanda tez-tez deyir, dilim Ğöyçə.
Qazax, Tovuz, Şəmkir, Ğəncə
Qarabağdan dost ğəlincə.
Obalarda incə-incə
Açılıbdır ğülün Ğöyçə.
Zəki qurban ocağına.
Dörd küncünə, bucağına.
Balan kimi qucağına.
İstəyirəm ğələm, Ğöyçə.