Hər kəlmə başında, kəlmə sonunda,
Hər zaman özlədim səni, neyləyim?
Rahat olammırdım, gələcək, deyə,
Yuxumda gözlədim səni, neyləyim?
Xatirə qoynunda fikrə dalırdım,
Gecələr yatmırdım, oyaq qalırdım.
Ağlım, ürəyimlə dava salırdım,
Həmişə izlədim səni, neyləyim?
Gənclik həvəsimlə coşub çağladım,
Sənintək gözələ könül bağladım.
Vüsalsız sevgiyə gülüb ağladım,
Qəlbimdə gizlədim səni, neyləyim?
Həsrət çəkməyinə qıymadım hələ,
Üzündən, gözündən doymadım hələ.
Eşqi gəldi-gedər saymadım hələ,
Hər zaman səslədim səni, neyləyim?
Əlixan, eşqindən uzaq qalmayıb,
Neyləyim, sevsəm də mənim olmayıb.
Gənclik təravəti, rəngi solmayıb,
Könlümdə bəslədim səni, neyləyim?
3. 04. 2020.
https://getsnap.link/XdRrUqJNwSf?share_arg3=ru.ok.android Этим популярным видео поделились в приложении Snaptube.
...Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев