🤔
Yəqin bu şeirdən xəbərləri var...😉
BOZQURD şeiri.
Xəlil Rza ULUTÜRK.
Zülmət gecə...
Göy üzündə saysız ulduz.
Qaranlığı yarıb gələn birisi var,
Bir canavar... tənha, yalqız...
Ayağının altındakı yer titrəyir ,
Qarşısına çıxsa əgər şir titrəyir.
Ona ancaq düşmən olan olar yemi,
Baxışları ən qorxulu güllə kimi.
Yorulmadan, usanmadan addımlayıb,
Uca dağın zirvəsində qərar tutur.
Bu məkanın kirlənməmiş havasından,
Biraz udur.
Məğrur başın qaldıraraq o ulayır,
Birdən ayın işığında, boz tükləri parıldayır.
Hə, bu bozqurddur...
Ayağının altındakı doğma yurddur.
Ulu Türkün xilaskarı bu bozqurdu,
Tanımayan varmı görən?!
Ayagının altındakı Türkün yurdu,
Tanımayan varmı görən?!
Bəs kimlərdir parçalayan bu torpağı, iki bölən?!
Zülmət gecə... ölü sükut...
Bu sükutu pozan bir səs peyda olur,
Zülmət gecə bulud kimi bu səs ilə bir an dolur.
Auuu...! Auuu...!
Qoy açılsın Türkün yolu,
Bükülməsin Türkün qolu!
Auuu... auuu...
Bədənimdə axan qanım cuşa gəldi,
Türkəm deyə, bu hayqırtı xoşa gəldi.
Auuu...! Auuu...! Ürəyim bu səslə dolu.
Bozqurd sənsən, bozqurd mənəm,
Bu qurd kimi düşmənimi bir gün yenəm,
Auuu...! Auuu...! Qoy açılsın Türkün yolu,
Bu niyyətdən, bu məqsəddən çətin dönəm.
Auuu... Auuu... Qoy ucalsın bu səs göyə,
Nə mutludur o kəslər ki,
Türkəm, Türkəm, Türkəm deyə!
Yol ver Türkün bayrağına,
Qoy döşənsin düşmənləri,
Ulu Türkün ayağına!
Hayqır, susma, sən də ula,
Xəbər çatdır sağa, sola.
Bozqurd hirsi yaman olur,
Səbri bitən zaman olur.
Pəncəsindən qığılcımlar saçılacaq,
Dışlərindən iti güllə açılacaq.
Diz çökəcək qarşısında hər kəs o an,
Bax o zaman, gec olacaq!
Çünki bozqurd vermir aman.
Bükülməzdir Türkün qolu,
Qoy var olsun Türkün yolu,
Auuu...! Auuu...! Auuu...!
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев