Ümidsiz qalanda qaralır qanım.
Ümidlər çox zaman qəlbimi qırır.
Ümiddən görmədim azala ağrım,
Bəzən ümidlərim məni çox yorur.
Bir zaman sevgimdən ayrı düşəndə,
Ümidə söykənib xeyli yaşadım.
Bəlkə də ümidin"yağlı dişində",
Özümdən - özümə ümid daşıdım.
İş üçün günlərlə ümid yaşatdım.
Sanki o dərdlərin içinə girdim.
Elə ki fikrimdən onu boşaltdım
Yenidən başladı ümidli dərdim.
Dostlara ümidim sonsuz - ziyadə.
Sanıram o dostlar özüməm ki var.
Qırsa ümidimi bir haramzadə,
Beləcə ümidsiz dərdlər də artar.
Olmadım nə şəhid , nə də ki qazi.
Ümidlər içimdə qırıldı qaldı,
Gör kimlər ümidə"məzarlıq "qazır.
Kimlər bu dünyanı bu dərdə saldı.
Həyatın hər anı ümidə bağlı,
Ümidsiz yaşamaq olarmı məgər?
Ümidsiz görmüşəm sinəsi dağlı.
İnsanı məzara belə dərd çəkər.
Yazarlar həyata ümidlə baxır,
Bununçun təhlilə qoymusan İman?
Sinədən gör neçə ümidlər axır!
Ümidlə ağ günə nə çoxdur çıxan.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев