İstəmirəm həyatda bircə gün də tək qalam.
Bircə günün təkliyin özümə dərd- qəm sanam.
Ötən hər gün ömrümün ötən baharıdırsa
Qarşıdakı günlərim ömrün axarıdırsa
Niyə tək qalım axı,təklik ömür deyildir.
Tək yaşayanlar bilər , tənhalıq necə sirdir.
Təkliyin ixtiyarın verən olsaydı mənə
Bir kimsənin ömrünə qıymazdım bir yol dönə.
Sirr yoldaşın sonadək söykənə kürəyinə
İnanmıram, zalım da daş atmaz çörəyinə.
Bir cüt göyərçin vardı, yaşayardı firavan.
Ömürləri,günləri yazılmışdı al əlvan
Sevgidən danışarlar dimdiklərin ucunda
Taleləri yazılmış elə bil baş tacında.
Nə qədər bağlanıbmış quşlar bir- birlərinə.
Eləcə bələdmişlər onlar öz sirlərinə
Göylərə qalxmaz biri, necə olsa da inan ,
Görəsən bu sevgidə olubdurmu bir insan?
Beləcə ötüşərdi o quşların həyatı
Nə qədər çatmamışdı tənhalığın fəryadı.
Yuvasının önündə söhbət vaxtı bir zaman,
Bir Şahın əzrailtək ölümə verdi fərman
Ata quş atdı özün ananın fəryadına
Çatmadı güc-qüvvəsi yetişə imdadına
Ananı parçaladı Şahinin caynaqları
İslandı göz yaşından atanın yanaqları
Düşündü ki necə də bədbəxtimiş o yazıq,
Üşütdü bədənini beləcə adi sızaq.
Girmək istəməyirdi ata öz yuvasına
Bu dərdi necə desin o bir cüt balasına.
Civildəşib körpələr istədilər ananı,
Hər çətin anlarında oda-suya yananı
İsindirmək,yedirtmək necə çətindi ona.
Günlərini bəs necə çatdıracaq o sona ?
Yem üçün gedir ata,üşüyür balaları
Balaların yadına hey düşür anaları.
Analıq nəvazişin ana kimi edirdi
Asta-asta körpələr boya-başa yetirdi
Böyütdü çətinliklə ata o körpələri
Uçuldu öz başına həyatın körpüləri.
Əlaç edə bilmədim,düşündü göz yaşıyla.
Hər günü xatırlayar "ürəyinin başıyla"
Tənha qaldı ata quş,xəyalların qoynunda
Günahını gəzdirdi ölənədək boynunda.
Tənhalıq uzun ömrü yorar yorğun at kimi
Qurumaz tənhaların heç vaxt gözünün nəmi.
Cüt olan bircə canlı itirməsin tayını
Möhkəm saxlasın əldə Tanrı verən payını.
İlahinin hökmüylə təklikdən uzaq olaq
Tənhalıq üzərində əbədi zəfər çalaq.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1