Hər kəsə hörmət edək,hörmətə hörmət olacaq.
Eyləsən anlamaza dərd səni əldən salacaq.
Hörmətin batininə gir ,görəcəksən nədi bu.
Bunu yaltaq edəcəksə, əvəzin borc sanacaq.
Saxtalıqdan çıxaraq ,hörmətə islam sayağı,
Göstərək mərifəti,qoy bu da olsun qanacaq.
Arifin anlamına hörmət,onu arif edir.
Qanmayan işarəni,qanmaz olantək qalacaq.
Eyş - işrətdə vüra,ömrünü bir kəs ki başa,
Yaşasa hörmət ilə ,rəhməti min - min alacaq.
Elinin dərdinə sən bir kərə hörmət et oğul.
Yüz dəfə el də sənin dərdinə qəlbdən yanacaq.
Tutalım hörməti də sailə artıq edirsən.
O kəsin kimliyinə toxunsan mərfət umacaq.
Hörmət et sən birinə,etmə ki, bilsin hər ötən.
Belə yazmış atalar,danışsan savab batacaq.
Tanrının verdiyinə şükr elə hörmət bil onu.
Çün onun hökmü ilə bardağın dolub daşacaq.
Söz odur, hörmətə də qarşılıqlı nail olaq.
Belə olsa inanın , hər üzünə qal yatacaq.
Hələ çox dastana biz,mövzu edək hörməti də,
İMANA hörmət ola ,haqq evi nurla dolacaq.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1