( El misalları - rübailər)
Sadəlövh insandan gen dur,gen dolan.
Onunçun fərqi yox,ya düz,ya yalan.
Eşitdi ya gördü ,nə fərqi ona.
"Atının belində yəhər , ya palan".
Xöşbəxt o ərdir ki, qaş edən kimi.
Arvad hala sala abrı - görkəmi.
Kişinin qüruru sınmaz - qırılmaz.
Ər kimi heç zaman olmazdır qəmi.
"Gülə bənzəməyin , gül solur axı",
Sürətlə fırlanır dünyanın çərxi.
Hər ötüb keçənlər qoxlayar səni,
"İysini anlamaz" nadanın çoxu.
Sadə həyat keçir,hay-küydən gen dur
Özün anlaqlısan ,qanmazı qandır.
Mollanın yorğanı hay- küydə getdi,
Onda hər kəs bilsin növbədə candır.
Həyatın sirrini biləndən soruş,
Bir fayda əxz eylə, de ona alqış.
Axır ki,nə vaxtsa qazancın olar
Ancaq usdadınla eyləmə yarış.
Yığıncaq yerində düz otur - dolan
Göstərmə özünü ağıldan kalan
Sözünü sonadək saxla içində
Nə gərək desinlər danışır yalan.
Özgəni təftişə salma heç zaman
Vardan - varıdatdan qazanın iman
Dünya sel suyudur axıb gedəcək,
O dünya sabahdır, edilsin güman.
Gördüm köşk üstündə turşu satılır
Gördüm ki gərəksiz ona qatılır,
Turşunu satanın insafı olsa
Düşünər , turşusu "çölə atılar."
Torpaqdan yaranıb,torpağa dönür
Hər gün neçə- neçə çıraqlar sönür,
"Qəzavü - qədəri" axtaran insan
Hər şeyi aşkara gözüylə görür.
Məzarlıq insana düşüncə yeri
Anlaylb,getməsin yolunu əyri
Nadanlar onsuzda fayda götürməz
Aqillər əxz edər o yerdən xeyri.
Hər daşın altında bir məzar vardır
Hatəmiz xislətdə min azar vardır
Xislətin ölməklə qurtarsa, yenə
Bu alış - verişə çox güzar vardır.
Məzarlıq yanından ötüşən zaman
Fatihə söyləyin siz də həmən an.
Həmdi - surə ilə,qülhüvəllahı
Deyin, rahət olsun orda uyuyan.
Məzarlıqdan keçən hər kəs anlasın
O haqq yerindədir,hörmət saxlasın
Diriykən özünün qiymətin versin
Bir anlıq özünə "özü ağlasın"
Birinin məzarı önündən keçsən
"Boylanar məzardan "görsün kimsən sən
Dayanıb yad etsən o da "sevinər"
Səni Yaradana deyər min əhsən.
Əbədi dünyaya inansın insan
Gərəksə titrəyər yerlə - asiman
Biz Bəşər övladı , yaranmışlarıq
Bəzən göz önündə dəyişir dövran.
Düşmənlə düşmən ol,qardaşla qardaş
İstəsən qardaşa dost kimi ulaş
Dostluqda düşüncə uyuşan olur.
Çox mətləb həll olur, olanda sirdaş
Kaş qardaşın ola,tək olmayasan
Qardaş xiffətindən qəm almayasan.
Tək Onun köməyə ehtiyacı yox
Özgədən sən kömək axtarmayasan.
Qardaş əvəzlənməz ,"qara daş" ola
Ortada ixtilaf, min savaş ola.
Öləndə qardaşı gözləri gəzər,
Qardaşın gözündə əsil yaş olar.
Bu necə qardaşdır, nə quru nə yaş?
Nə dost kimi dostdur,nə də bir yoldaş
Belə dərd aparar məzara bizi
Ondan yaxşı olar, qəbirüstü daş.
"Qızıl gül budağın üzmə, rəhm elə"
Sonra atacaqsan o gülü çölə
İyi , gözəlliyi itib keçəcək.
Yazıqdır ,öncədən düşün bir hələ.
Gəlinin "atası - anası "olmaz.
Atalar misalın insan unutmaz
Qaynana səbrini basmasa, əngəl
Oğul sevirsə öz yarını atmaz.
Başında "ağıla "yer saxla hər vaxt
Ağılla taparsan uğurlu həyat
Meydən ,meyxanədən uzaqda dur ki,
"Sınıb - dağılmasın oturduğun taxt"
Meyxanə insanı ucaltmaz bu dəm
Huşunu itirib ,uzana biqəm
Nə fərqi beləsi necə yaşayır?
Ya ağlı ustündə,ya ağıldan kəm.
Meyxanə dünyasın hər kəs anlamaz
Orda kimlər olmur, yaxşı , ədəbaz
Sənin də güzarın oraya düşsə...
Kim bilər sən kimsən, dərkli ya qanmaz.
Ağılsız görmədim qədərin bilə
Bir zaman sürüşdü, düşdü xar ilə
"Həqiqi "dünyası itdi bir anda
Ayıldı, isməti gəlmədi ələ.
Meyxanədən küsüb , incidim bir gün
Qəlbim o aləmdən olundu sürgün.
Huşu itənləri mən görən kimi
Olardı halım da , ruhum da gərgin.
Çəkənlə-içənlə yoldaşlıq etmə
Dinin - şəriətin tərsinə getmə
İçən də , çəkən də xəcalət çəkər
Sən bu xəcalətin önündə bitmə.
Danışsan gümüşsən,sussan qızılsan
Bundan ləzzət alıb,başa yazılsan
Susmaqla,eyibdən yan ötüşərsən
İncimə , səhv edib "dildən asılsan".
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев