Предыдущая публикация
Sual: Haram yolla əldə edilən heyvandan qurban olar?
Cavab: Haram yolla əldə edilən heç bir şeydə savab olmaz, əksinə günah olur. Haram yolla əldə edilən qurban da belədir.
Ancaq başqa birinin haram yolla əldə etdiyi hər hansı bir şeyi, istəyir qurbanlıq heyvan olsun, bilmədən pulla ya da hədiyyə aldığınız təqdirdə, bunun haramlığının sizə dəxli yoxdur. Aldığınız mal sizə halaldır. Onu qurban edə bilərsiniz.
Əgər haram yolla əldə edilən malı sizə satdığını bilsəniz ondan uzaq durun, əks təqdirdə onu bu işə sövq etmiş olarsınız.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев