Ailə nə tək tərəfli hisslərlə idarə olunur, nə də tək tərəfli əməllərlə....
Əgər bu ölkədə çox azlıq xoşbəxt olursa, deməli çoxluq ailə ilə cütləşmə arasında olan fərqi hələ də seçə bilmir....
Əlbəttə ki, təkcə bizdə yox, bütün dünyada "evdə qalma" anlayışı var....
Çünki istər Avropada, istər Amerikada, istərsə də Şərqdə qadın hər zaman dəyərsiz canlı olub....
Qərb inteqrasiya edib bu əziklikdən çıxsa da biz Şərq elə ilişmişik ki, çıxmaq üçün hələ bir əsr daha lazımdır...
Fərqi yoxdur ki, sən harada qalmısan....
Bu ata evindir ya ər, vacib odur ki, əqli, ruhu sağlam adam seçəsən....
Sənə yoldaş olan, dost olan, sənə içdən inanan, sənin bütün varlığınla şübhəsiz inandığın, sənə ata, qardaş olmağı bacaran, sənin ona ana-ata olacağın, sevərək xoş və pis günündə qayğısına qalacağın və övladlarınıza da mükəmməl ata olan bir Adamı seçəsən....Adamı...
Kimə gəldi gedənlərin başında su şüşəsi, üzündə şapalaq, döyülmə videolarını izləməmək üçün dəyişmək lazımdır....Bunları seçə bilmək üçün də ruhən və əqlən böyümək, müdrikləşmək lazımdır...
Ailə olmağı bacarmaq üçün....
Sevin, sevilin, sevginiz, məntiqinizlə və bir-birinizə olan sonsuz inamınızla möhkəm gələcəyinizi qurun...🥰😌❤️
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев