Nə qədər asandır qarşımızdakının gözlərinin dərinliklərinə baxarkən bu sözü demək.
Nə qədər asandır qarşımızdakını sevgimizə inandırmaq.
Nə qədər asandır bir şeyin tıxandığı yerdə "bu olmadı, məndə şansımı başqa sevgililərdə sınayaram" - deyə bilmək.
Səni Sevirəm...
Aramızda neçə adam bu sözü söyləyərkən inanaraq söyləyir?
Aramızda neçə adam sevgini ən gerçək və ən təmiz hiss kimi qoruyur ürəyində?
Aramızda neçə adam sevgisini tək bir qadına, kişiyə sıxlaşdırıb, "biri gedərsə, digəriylə olaram" - bəsləyə bilir?
Biz sevməyi səhv öyrəndik. Səhv mənimsədik.
Sevmək, yalnız sevgilinin əlini tutub gəzmək deyil.
Sevmək, "sevirsə, məni qoyub getməz, gedərsə, onsuz da sevmir"- fikrini müdafiə edərək sevgini tərk etmək demək deyil.
Sevmək, "O mənə necə davransa, mən də ona elə davranaram"- demək deyil.
Sevgidə yalan olmaz, təkrarlanan olmaz, mənfəət olmaz, xəyanət olmaz.
Sevmək, bəzən heç səbəbsiz, sırf səsini eşitmək üçün axtarmaqdır.
Sevmək, gecənin bir yarısında oyanıb "Səni Çox Sevirəm"- mesajı göndərə bilməkdir.
Sevmək, heç gözləmədiyi bir anda, heç bir şey demədən qucaqlaya bilmək, saçlarını oxşaya bilməkdir.
Sevmək, çətin anında yanında olduğunu hiss etdirə bilməkdir.
Sevmək, itirməmək üçün var gücü ilə mübarizə edə bilməkdir.
Sevmək, "təkrar-təkrar nə mənası var" deyə düşünmədən dəfələrlə " Səni Sevirəm"-deyə bilməkdir.
Sevmək, avtomobili birdən dayandırıb, küncdəki çiçək mağazasından bir çiçək alıb verə bilməkdir.
Sevmək, heç lazım olmasa da, onu sevindirmək istəyidir.
Sevmək, vərdişlərdən sevə-sevə imtina edə bilməkdir.
Sevmək, sevgisi uğruna hər şeyi qurban verə ala ürəyi daşıya bilməkdir.
Sevmək, sevgisi uğruna hər şeyi qurban verib, sizə tərəf qaçan sevgilinizə ürəyinizi aça bilməkdir.
Sevmək, şərtlər nə olursa olsun, bir dilim çörəyi paylaşa bilməkdir.
Sevmək, maraqlanmaq, maraqlanıldığını bilmək istəməkdir.
Sevmək, darıxmaq, sənin üçün darıxdığını eşitmək istəməkdir.
Sevmək, başqalarına baxmaq, bəzilərini düşünmək, başqalarıyla da əylənmək düşüncəsinin olmamasıdır.
Belə hiss etmiriksə, sevgimizi belə yaşamırıqsa, "sevirəm"- deməyin.
Dünyada hər şey görün necə çirklənib, qoyun sevgi təmiz qalsın.... 🖤
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев