Предыдущая публикация
Vətəndən qürbətə qərib düşənin
Başına gen dünya yaman dar olur.
Doğmadan, dostlardan ayrı düşənin
Gözündə sevinc yox, qəm-qubar olur.
Hər zaman görmüşük insan qəlbini,
Hicranlar göynədib, dərdlər dağlayıb.
Uşaqdan da betər insan qəlbini,
Həsrətlər kövrəldib, qəmlər ağladıb...
Həyatda şənlənmək, - bu şöhrət, bu şan,
İnsana göylərə hey ucaldarmiş.
Tənhanın könülü olsa pərişan,
Onu qüssə-kədər tez qocaldarmış...
... Bir baxın, bu həyat nə qəribədi!...
Nə qədər qəribə işləri varmış!
Sevinci bir damla, dərdi bir dərya,
Nə yaman sərt üzü, qanunu varmış!
Nə yaman sərt üzü, qanunu varmış!...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев