Onda status məktəb partalarına yazılırdı. O dövrün instagramı “futbol” və “xatirə" dəftərləri idi. O vaxtın “whatsApp”ı ərk etdiyimiz dostlar idi. Onlardan msj göndərirdik ona... Onda “profilə dostluq göndərmək” yox idi, qapısını döyüb özünü çağırmaq var idi.
O vaxt gördüklərimizi yalnız gözlərimizlə “çəkə" bilirdik. “Bax onun şəklinə” deyə bilmirdik məsələn, “elə gözəl idi ki, kaş görsəydin” deyə bilirdik sadəcə. O dövrün ən gözəl foto-albomu təsəvvürümüz idi. Xəyallarımız “retrica”dan daha gözəl “effekt” verirdi onun obrazına.
Hərdən düşünürəm ki, əsl darıxmaq sosial şəbəkələrin olmadığı dövrdə qaldı. Çünki onda kimisə görmək əlimizin içi qədər asan və yaxın deyildi. Biz bir bədən, bir can daşıyırdıq məktəbə, qonaqlığa, gəzməyə.. ki, onu görəcəyik.
Biz indi "kontur", "meqabayt" itiririk, amma o vaxt gündəliyimizi "itirirdik", topumuzu itirirdik, evimizi itirirdik, doğmalarımızı itirirdik "ömür balansımız"dan..
Bir də onda sözümüzü DİLƏ gətirirdik, amma indi barmaqlarımız YAZIR. Dodaqlarımızın qulaqbatıran pıçıltısı barmaqlarımızın “tıkkıltılı” sükutuna uduzdu.. Budu demək istədiyim..."
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 24
O vaxtların şirinliyindən az da olsa mən də dadmışam.Heyf, o vaxtlar...