Şeiri təqdim edirik:
Rubl kopeek, lira kuruş gətirdi,
Manat cəmi qırx gün duruş gətirdi,
Şahqulu bəy yenə bayquş gətirdi
Milli bankın bağrı deşmə-deşmədi,
Qoyun ili hər qoyuna düşmədi...
Bu bazarda tərəzi nə, mizan nə,-
Pul yiyəsi, pulsuzlarla məzən nə?!
Məzən olsun ay baməzə məzənnə
Dollara bax, bığı eşmə-eşmədi
Qoyun ili hər qoyuna düşmədi...
Valyutanın həmləsinə bankı mat,
Təmtərağı, top-tüfəngi, tankı mat,
Baxıb bic-bic hırıldayır bankomat
Bu islahat göy qazanda bişmədi
Qoyun ili hər qoyuna düşmədi...
Noolsun ki, hər bankda bir qoçu var,
Bu millətin nə günahı, suçu var,
Hər keçiddə köç azdıran keçi var,
Bu tələdən kimlər gəlib keçmədi
Qoyun ili hər qoyuna düşmədi...
Ölü doğur qan içində Asiya,
Ölü puldan nələr çəkir Rusiya,
Hələ ad da qoyub: Devalvasiya...
Kim bankirin toyuğuna kiş dedi?!
Qoyun ili hər qoyuna düşmədi...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев