Yarasa obrazı insanların çoxunda hələ də qorxu yaradır. Bu kiçik gecə heyvanlarının vampir olması haqqında əfsanələr, filmlər insanların onları müxtəlif yollarla məhv etməsinə, nəticədə yarasaların saylarının azalmasına gətirib çıxarıb. Bu da, öz növbəsində, təbiətdə tarazlığın pozulmasına səbəb olur. İnsanlara zərər vuran gecə həşəratlarını məhv edən və bir çox bitkilərin tozlanmasında iştirak edən yarasalara xüsusi bir gecə həsr olunub.
Dünyada hər il bu gün Beynəlxalq Yarasa Gecəsi qeyd olunur. Bu tarix təsadüfən seçilməyib. Məhz həmin vaxt uçan siçanların qış məskənlərinə miqrasiyası başlayır. Bayramın məqsədi onların insanlara zərərliliyi haqqında mifləri dağıtmaq, qorunmağa ehtiyaclarının olduğuna diqqəti cəlb etməkdir.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев