Trend-in məlumatına əsasən, “CSTB” sərgisi telekommunikasiya sahəsində artıq 20 ildən çoxdur ki keçirilir və sərgidə Rusiya və MDB ölkələrindən televiziya yayımı, rəqəmsal media və peyk xidmətləri təqdim edən aparıcı şirkətlər öz məhsullarını nümayiş edir.
Sərgi çərçivəsində “Azərkosmos” və Rusiyanın “VES-Media” (ВЕС-Медиа) şirkətinin “Yuveliroçka” kanalı və Tatarıstan Respublikasının “Novıy Vek” ("Телерадиокомпания Новый Век") teleradio şirkətinin “TNV Planet” ("ТНВ Планета") kanalları arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, fevral ayından etibarən “Yuveliroçka” və “TNV Planet” kanalları “Azerspace-1” peyki vasitəsilə yayımlanacaq. Bu kanallar vasitəsilə rus və tatar dillərində ictimai, siyasi, iqtisadi, analitik, idman, musiqi, əyləncə, moda, tərz və mədəniyyət proqramları nümayiş edilir. Yeni kanallar sayəsində hazırda “Azerspace-1” peykində nümayiş olunan rusdilli kanalların sayı artacaq və bu da regionda rusdilli kanallara olan tələbatı qarşılamaqla “Azerspace-1” peykinin orbital mövqeyinin daha da populyarlaşması üçün əlavə imkanlar yaradacaq.
Sözügedən kanalların yayım tezlikləri aşağıdakı kimidir:
“Yuveliroçka” kanalının tezliyi: 11095/H/3000
“TNV Planet” kanalının tezliyi: 11015/H/13000
“Azərkosmosla qurulan əməkdaşlığımız sayəsində “Yuveliroçka” kanalı nəinki Rusiya və MDB məkanında, o cümlədən “Azerspace-1” peyki vasitəsilə 30-dan çox ölkədə yayımlanacaq.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев