Muxtar Aşuradan sonra 4-cü qiyamın rəhbəri olub. Kərbəla hadisəsindən 5 il sonra qiyam qaldırıb və Əhli-beyt qatillərinin çoxunu öldürüb. 18 ay hakimiyyətdə olub. Atası Əbu Übeydə Səqəfi, anası Dumədir. Muxtar şücaətli, çox ağıllı, bəyənilmiş xüsusiyyətlərə malik idi. Tədbirli olduğu üçün Keysan ləqəbi ilə çağırılıb. Məhəmməd ibn Məsud nəql edir: “Muxtar, Übeydullah ibn Ziyadın başını imam Səccada (ə) göndərdikdə o həzrət şükür səcdəsi yerinə yetirib buyurdu: “ Allah, Muxtara xeyir mükafat versin!” Südeyr İmam Baqirdən (ə) nəql edir: “Muxtara rəva olmayan söz deməyin! O, bizi öldürənləri öldürdü, qısasımızı aldı, subayları evləndirdi və lazım gələndə bizə əl tutdu.”
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев