Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Demirəm sevgimi sən qaytarasan,
Artıq o sevgi yox bir xatirədir.
İstərəm hərdənbir xatırlayasan,
Axı məhəbbətim xatirədədir.
Bir daha qayıtmaz həmin duyğular,
O duyğu sönübsə, alışar çətin.
Bizə o sevgidən xatirə qalar,
Budur aqibəti bir məhəbbətin…...