Hər il bu gün sənin otağına gəlmək, üzündəki illərin buraxdığı qırışların hər il daha da çoxaldığını görüb səni təbrik etmək məni, bir tərəfdən, kədərləndirir, başqa tərəfdən də, sevindirir. Kədərlənirəm ona görə ki, üzündəki o qırışlar, 9 övladını gecə-gündüz limanda işləyərək, evdən kömək görmədən, halallıqla böyüdüb başa çatdırdığını əks etdirən bir sənət əsəridir. Bu qırışlar saysız-hesabsız əzab-əziyyətli günlərin şahidi olub, onların hər biri sənin o çətinliklərə qalib gəlməyindən sonra yaranıb. Atam, sevinirəm ona görə ki, səni bu gün görürəm, səsini eşidirəm, səninlə vaxt keçirirəm, qəzəllərini dinləyirəm. Hər gün söhbətlərinlə keçmişə qayıdıb elə orada da qalırıq. “Oğlum halal qazan, halal ye. Adına layiq ol, atana layiq ol.” Zəhmətkeş, dürüst və qayğıkeş atam. Sənə bənzəmək, sənə layiq olmaq üçün əlimdən gələni etdim. Bütün qazandıqlarımı, bütün uğurlarımı Sənə borcluyam, Atam. Sənin varlığın mənim sərvətimdir.
Bu günüm mübarək olsun! Üzündəki hər qırışdan öpürəm, ATA.
Atalarınızın sağlığında qədrini bilin. Bu da bir oğuldan sizlərə nəsihət.
Qurbanın oğlu Mübariz.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 35