Предыдущая публикация
Bilmirdim əsəbdən güləcəm bir gün.
Burdan uzaqlara gedirəm indi,
Amma ki, qayıdıb gələcəm bir gün.˚
***
Gələcəm baxmağa uzaqdan sənə,
Görüm xoşbəxtsənmi bu qədər yenə.
Lazımi dəyəri vermədin mənə,
Mən sənə peşmanlıq verəcəm bir gün.
***
Şəklində gözünü qaşını sildim.
Nə fərqi ya məzar daşını sildim?
Daha gözlərimin yaşını,
Səni də qəlbimdən siləcəm bir gün.
***
Nə yaxşı vaxtında doğrunu bildim,
Fəlakət yolundan geri çəkildim.
Ölsəm düşünmə ki, dərdindən öldüm.
Onsuz da hamı tək öləcəm bir gün.
***
Ölüm qaçılmazdı qaç ölkə-ölkə,
Yanından ayrıla bilərmi kölgə?
İndi sevinirsən, gülürsən bəlkə,
Səni də ağlayan görəcəm bir gün.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев