Həsrətimdən ürək yanar.
Çox dərdimdən dərd odlanar,
Bezmə, Vəfa, bu dünyadan...
Sənin kimi çoxu dərdli,
Çox dərdlinin üzü "bərkdi".
Ah, çəkməyin daha bəsdi,
Bezmə, Vəfa, bu dünyadan...
Uyu Vətən laylasiyla,
Üzmə qəlbi göz yasiyla.
Coş ilhamın gur səsiylə,
Bezmə, Vəfa, bu dünyadan...
Həyatına haqsız demə,
Hər gülənə arsız demə.
Cavan ömrü verib qəmə,
Bezmə, Vəfa, bu dünyadan...
Nə yaxşıki yaxşılar var,
Təmiz ürək qəlbi açar.
Eh, nə qədər zəmanə kar,
Bezmə, Vəfa, bu dünyadan...
Məğrur adi təmiz yaşa,
Taleyini kövrək oxşa.
Qələminə qəlbin qoşa,
Bezmə, Vəfa, bu dünyadan...
Umu küsü etmə daha,
Bağlan gələn xoş sabaha!
Ümid edib tək Allaha,
Bezmə Vəfa, bu dünyadan...
Bezmə Vəfa, bu dünyadan...
V Ə F A .
#музыка
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1