1. Namazlara çox diqqətli olmaq - əvvəl vaxtda, camaatla qılmaq;
2. Dilinə nəzarət etmək – yalan, qeybət, ədəbsiz, ləhv, söyüş, bihudə danışmamaq;
3. Gözünə nəzarət etmək;
4. Gecə namazı qılmaq;
5. Qəza namazı və oruclarını bərpa etmək;
6. Ən azı 50 ayə oxumaq;
7. Bir hədis ya şəriət məsələsini oxumaq və ya öyrənmək;
8. Sədəqə və ya nəzir vermək;
9. Sileyi-rəhm etmək – baş çəkmək, məktub, zəng və s.;
10. Əmr be-məruf, nəhy əz-münkər etmək;
11. Gündəlik zikrlərdən etmək - salavat, istiğfar, təsbih, təsbihati-ərbəə və s.;
12. 14 Məsuma(ə) salam göndərmək;
13. 12-ci imamın zühuru üçün dua etmək – fərəc duasını oxumaq;
14. Hər hansı duanı və ya əməli 40 gün ardıcıl əncam vermək;
15. Allah qorxusundan ağlamaq, ölümü və qəbri xatırlamaq;
16. Valideynlərə xidmət etmək – qulluq, zəng, dua, salam və s.;
17. Möminin qəlbini sevindirmək – salam, zəng, hədiyyə (bir hədis də ola bilər) və s.;
18. Xoşrəftar olmaq (ailədə, işdə, dostlarla və s.);
19. Dünyasını dəyişənlər üçün dua etmək;
20. Daim dəstəmazlı olmaq;
21. Qidalara çox diqqətli olmaq – halal, şübhəsiz qidalar və az yemək;
22. Az yatmaq, sübhləri yatmamaq;
23. Bacardıqca üzü qibləyə olmaq (işləyəndə, əyləşəndə, yemək yeyəndə və s.);
24. İdmana diqqət yetirmək;
25. Günün tələbini öyrənmək, aktual xəbərləri, xüsusilə də müsəlmanları maraqlandıran xəbərləri izləmək;
26. Sadə və nümayişdən kənar geyimlər geyinmək;
27. Mühasibə-axşam yatmamışdan əvvəl gün ərzində etdiyin əməlləri hesaba çəkmək;
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев