Əhmədova İlhamə Valeh qızının yeni publisistik məqaləsi işıq üzü gördü. Dövlət Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun jurnalında. “CƏMİYYƏT ADAMI OLMAQ- Xalqa xidmət, yetişmək və yetişdirmək! “
Uğurları bol olsun inşallah
Qərbi Azərbaycanlı fəxri gənc ziyalılarından.
Cəmiyyət adamı olmaq- xalqa xidmət, yetişmək və yetişdirmək
Sən yalnızca səndən ibarət deyilsən. Sən həm qardaşınsan, həm bacınsan, həm atan, həm anansan,... sən həm ulu babansan, həm də ulu nənənsən! Heç bir halda yalnız özün deyilsən! Özün olaraq yenidə varsan. Sən səndə toplanmış olanı, bir az daha böyütmək üçün varsan, ötürmək üçün varsan! Var oluşunla, var edənlərə dəyər qatmalısan, çünki insan dəyər qaynağıdir və eyni zamanda, sosial bir varlıqdır, məziyyətlərini, qabiliyyətini sosial həyatda inkişaf etdirir. Dəyərinin ortaya çıxmasında aid olduğu ailənin, təhsil aldığı və işlədiyi müəssisənin də böyük rolu və uzərinə duşən vəzifələri vardır. Ailələr ovlad sahibi olmaq, müəssisələr isə mənfət əldə etmək məqsədilə yanaşı, eyni zamanda cəmiyyət , toplum qarşısında məsuliyyət daşıyan qurumdur. Mədəni-mənəvi mühit hər ikisində önəmlidir. İnsanın ailədən başlanan inkishaf xətti “cəmiyyət adamı” olmaq istiqamətinə xidmət etməlidir. Cəmiyyət adamı yetişmək üçün cəmiyyətin xarakterini və xüsusiyyətlərini bilmək, qüsur və çatışmamazlıqlarını daim araşdırmaq və aid olduğu cəmiyyətin keyfiyyət dərəcəsini yüksəltmək üçün daim öz uzərində işləməli, yenilikçi olmağa çalışmalıdır. Bu cəmiyyət adamının cəmiyyət qarşısındakı məsuliyyətidir. Çevrəsini, millətini, xaıqını böyütmək , təbii ki, potensialı çərçivəsində hər bir fərdin üzərindəki missiyyalardan biridir və düşünməlidir ki, gələcək nəslinə necə bir çevrə, düşüncə, idealogiya miras qoyacaqdır?
Dövlətini, xalqını düşünmək onu sürətlə dəyişən və yenilənən çağa uyumunu sağlamaq eyni zamanda milli-mənəvi, mental dəyərlərini anlatmaq bu dəyərlərin fəlsəfəsini açmaq, sahib çıxılmasını aşılamaq və iradəli, əzimlı fərdlərin yetişməsində maraqlı olmaq və buna səy göstərmək, hər bir fərdi şəxsiyyət kimi qəbul etmək və etdirmək cəmiyyət adamının ümdə vəzifəsidir və bilməlidir ki, çevrəsinin elmi-mədəni səviyyəsinin yüksəlməsinə xidmət etməsi, xalqının və dövlətinin yüksəlməsinə xidmət etməsi deməkdir. Təbii ki, bütün bu xüsusların dərki və tətbiqi əsasən təhsildən keçir, təhsil almaqdan və təhsil verməkdən keçir. Mərhum Prezidentimiz Ulu öndər Heydər Əliyevin söylədiyi kimi: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.”
Xalqımız çox əzablar yaşamış, keşməkeşli yollardan keçmiş müdrik xalqdır. Təmsil olunduğu bütün İctimai-iqtisadi-siyasi quruluşlarda dəyərlərinə sahib çıxmış, qorumuş heç bir quruluşun-yeniliyin yaşamındaki, bütövlüyündəki milli- mənəvi, mədəni təməl prinsiplərinin əzilməsinə, gözardı edilməsinə çətində olsa yol verməmişdir. Dəfələrlə qaçqın-köçkün həyatı yaşamış, torpaqlar itirmiş, yurdundan, evindən “dişiylə-dırnağıyla” qurduğu güzəranından ayrılmış, parça-parça bölünmüş vətəni, el-obası pərən-pərən olmuş, lakin sınmamış, ümidini itirməmişdir. Bizlər də bu xalqın övladlarıyıq.Təbiidir ki, bu iradəyə, əzmə, xalq-millət, dövlət təssübünə bizlər də hakimik və malikik. Son 35 ildə mənfur qonşularımızla diplomatik və hərbi meydanda çarpışmamız, yaşadıqlarımız və bu illərdir sürən müharibə şəraitində, istər münaqişə bölgəsində olsun, istərsə də kənarda xalqımızın cəfakeşliyi, bir tərəfdən verdiyi saysız hesabsız şəhidi, ağrı-acısı, digər tərəfdən, xalqın və dövlətimizin, dövlətçiliyimizin gələcəyini düşünərək ovladlarına təhsil vermək, onları gələcək üçün daha güclü dövlət və dövlətçilik prinsiplərinin keşikçisi, vətəndaşı və cəmiyyət insanı yetişdirmək amalından pəs etdirməmişdir. Bu gün xalqın yaşadığı qələbə və qalib xalq qüruru hər bir vətəndaşı daha da dövlətinə və xalqına qarşı duyarlı və məsuliyyətli etmişdir. Xalqda ümimmilli təşəkküllənmək birlik və siyasi şüur yüksəlmişdir. Bu Ali baş komandan Prezident cənab İlham Əliyevin birbaşa və əsas uğurudur. 44 günlük dünyayı heyrətə gətirən müharibədə hərbi əməliyyatların uğuru yalnız torpaqları geri almaqdan ibarət olmamışdır, ümumilikdə bütün xalqın milli və siyasi şüurunu yüksəltmiş, onun genetik kodlarını oyatmış, dövlətə və rəhbərinə, xalqına və millətinə qarşı daha da məsuliyyətli yanaşmanın vacibliyini ortaya qoymuşdur. Bir başqa ifadə ilə, vətəndaşlara istər dövlət və hökumətlə və istər bir- birilərilə aralarındakı münasibətə görə mövcut vəzifə və haqqa-hüquqa sahib olduğu kimi, eyni zamanda da dövlət təşkilatının strategiyasını bilmək, mənimsəmək və bu strategiyaya sadiqliklə yanaşı, hər bir fərdin öz işi ilə tövhə vermək kimi bir missiyanın olduğunu və önəmini təsdiqləmişdir.
Böyük mütəfəkkirlərin vətən anlayışı ilə bağlı geniş mənaları əks etdirən fikirləri, aforizimləri incələdikcə, tariximizi bildikcə dərk edirsən ki, həqiqətən Vətən anlayışı çox genişdir bu anlayış ölkənin daxilinə sığmayan məqamları, gercəklikləri, mənaları özündə ehtiva edir. Doğulduğun, böyüdüyün lakin, qovulduğun dağıdılmış, viran olmuş, yalnız qəlbində yaşada bildiyin vətən -əlçatmaz vətən, yalnız el-obanın deyil, insanın da tale yolunuda ağrılı izlər açır. Azərbaycan zaman-zaman vətəni Azərbaycan olan vətənli vətənsizlərin məskəninə çevrilmişdir. Eyni zamanda Azərbaycanlılar öz torpaqlarında yaşamaqlarına baxmayaraq, Azərbaycana yeni sərhədlər çizilmiş xalqımız, təqiblərə məruz qalmış dilini-adətini, milli-mənəvi dəyərlərini yaşatması qorxusu ilə üz-üzə durmuş və iztirab çəkmişlər. Bu ağrılar ədəbiyyatımızı və şeriyyatımızı, musiqimizi zənginləşdirmişdir təssüf ki, minor üstündə. Amma xalqın ümidini sındıra bilməmiş, iradəsini daha da artırmış, dövlət və xalq olaraq strategiyamız torpaqlarımızın bütövlüyünə, xalqımızın azadlığına, maddi və mənəvi rifahının yüksəlməsinə yönəlmişdir. Tarixi özünə məlum olmayan saxta, idealogiyasi yalan üzərinə qurulmuş bir millətin əlində bazarlığa çevrilmiş torpaqlarımızın, ulu babalarımızın yurd yerinin ocağının əsir taleyi bizləri rahat buraxmayacaqdır. Bizlər də olmasa yeni nəsillərin məqsədi Azərbaycanın oyunlara qurban getmiş torpaqlarını bərpa etmək və “parçalanmış azərbaycan” adını üstündən götürmək olacaqdır. Nə gözəl olardı ki, elə bir tarixi məqam yetişərdi və bu şanlı missiya bu zamanın, bu dövrin, bu nəsilin zəhməti, itgiləri hesabına yerinə yetirilərdi. Gələcək nəsillərimiz yeni dünyanın- çağın tələblərinə uyğun yüksək potensiallı daha intellektual, sekulyar hüquqi dövlət anlayışına daha da hakim olan insanlar olaraq Azərbaycanımızın və xalqımızın fərəhli və rifah içində həyatı üçün çalışardılar. Son onilliklər ərzində xalqımızın həm cəbhədə, həm də cəbhə arxasında əzmlə, dəyanətlə, bütün dünya qarşısında sabit duruş sərgiləyərək, gələcəyə inamını itirməməsi, yeni nəsillərin yetişməsində, onların sağlam bir cəmiyyət adamı olması yolundaki əməyi bu ümidlərə hesablanmışdır. İstər xalqımızın, istət dövlət və dövlətçilik təcrübəmizin ali baş komandan başda olmaqla dövlət kadromuzun Qarabağ münaqışəsinin həlli, zəbt edilmiş torpaqlarımızın qaytarılmasında diplomatik sferada və hərbi meydanda topladığı təcrübənin Qərbi Azərbaycan torpaqlarının da sərhədlərimiz daxilinə qatılması missiyasında böyük potensialıdır. 8 noyabr Zəfər bayramının 3 illiyi, eyni zamanda Xankəndində keçirilən hərdi paradın sevinci və qüruru və Qərbi Azərbaycan icmasının ağsaqqallarından iqtisad elmləri doktoru, professor Vahid Novruzovun ifade etdiyi bir çümlə bütün fikir və düşüncələrimi toplayıb bu yazını formalaşdırdı, qələmə aldırdı. “Cənab Prezidentimizin tarixi mənbələrə söykəndiyi qədər də, Çox müasir siyasəti və eyni zamanda milli olduğu qədər də regionda sabitliyin bərpa olunmasına dayanıqlı bir sipər olan siyasəti imkan verəcəkdir ki, biz vaxtı gələndə, muəyyən bir dövrdən sonra da tarixi Qərbi Azərbaycan torpaqlarımıza qayıdışın şahidi olaq”. Əsil cəmiyyət adamı, ziyalımız bu bir cümlədə keçmişimizi, bu günümüzü, azərbaycanın diplomatik təçrübəsinin və bu bazaya əsaslanan haqlı mövqeyi və ümidini bariz şəkildə ortya qoyur. Zəfərlər xalqımıza yaraşır və buna layiqdir. Tolerant və multikultural dəyərləri mənimsəmiş, yalnız ölkənin deyil dünya adlı evimizin bütün xalqlarının əmin amanlıq, humanizim prinsipləri ilə uyumlu, dinc və azad həyat sürməsini istəyən xalqımız, milli- mental-etnik fərq qoymadan birgə yaşam vərdişlərinə və yüksək qonşuluq keyfiyyətlərinə sahibdirlər. Tariximizin bu qanlı-qadalı, keşməkeşli, eyni zamanda, bu keşməkeşlərdə dəyanəti, qüruru və duruşu qanımıza hopacaqdır, necəki əsirlər oncə yaşananlar hopmuş, bu duruşu bu dəyanəti bizlərdə üzə çıxarmışdır və yeni nəsillərə də ötürərək xalqımızı daim yüksəklərdə saxlayacaqdır. Dahi Müstafa Kamal Atatürk nitqində “Türk gəncliyinə qoyduğum əmanət” başlıqlı gənclərə xitabını, “Sizə lazım olan güç damarlarınızdakı nəcib qandadır” cümləsi ilə bitirmişdir. Yaşadıqlarmız, tariximiz mənəvi sərvətimiz kimi, qanımızda canımızda yaşayacaqdır, əsirlərdən gələn dövlətçilik şüuru və bu günki uğurlarımız, dövlətimizi daha da qüdrətlənməyə və xalqın rifahını artırmağa, xidmət etdirəcəkdir yeni nəsilləri və gənclərə əmanət edilən bütün bu dəyərlər ictimai formasiya və sivilizasiyaların periodlarında onlara mayak polunu oynayacaq, bürdəmələrinə imkan verməyəcəkdir. Tariximiz şanlıdır və şanlıda yazılacaqdır!
Adam Grantin original adli kitabinda . Dunyayi stati guo qurbanlarinin yox ,( yeni var olan movcud olan veziyyetin ) movcud olani pozanlarin dunyayi inkishaf inanir. Yeni kodlashmish qaydalarla yashayanlar yox o qaydalari pozanlar daha bacariqli ola bilirler. Meselen Mocarti baxi gozel ifa eden nadir hallarda mocart bax vey a digger mehshurlarin yaratdiqlari eserler seviyyesinde eserler nadir hallarda yarada br Yalniz ifaci olaraq qalirlar. Grantin cekdiyi mesel kimi , 2 yashinda
https://aia.az/90951-eziz-elekberli-qarabag-beyannamesi-turk-dunyasinin-xxi-esre-dair-inkisaf-manifesti-cenab-ilham-eliyevin-boyuk-turk-dunyasina-tohfesidir.html
https://report.az/xarici-siyaset/icma-sedri-qerbi-azerbaycana-qayidis-ermenistanin-30-illik-talanciligini-uze-cixaracaq/
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев