1919-cu ilin avqust ayında Azərbaycan milli qüvvələri Batumda həbsxanaya hücum edərək Nuru Paşanı azad edirlər. Hətta, bu hücum zamanı azərbaycanlılar arasında şəhid düşənlər də olub. Həbsdən azad ediləndən sonra Nuru Paşa yenidən Türkiyəyə qayıdır. Burada istiqlal mübarizəsinə qoşulanlar, şəxsən Kazım Qarabəkir Paşa və digər qüvvələr Nuru Paşadan Azərbaycana qayıdıb bolşeviklərlə əlaqə saxlamağı xahiş edirlər. Onlarda belə bir təsəvvür var idi ki, bolşeviklər Türkiyə ərazisinə yeriməklə Türkiyəni parçalanmaqdan qoruyacaqlar. Bolşeviklər Mustafa Kamal Paşaya belə bir söz vermişdilər. Beləliklə, Nuru Paşa yenidən 1919-cu ilin dekabr ayında Azərbaycana qayıdır. Türk tarixçilərinin yazdıqlarına görə Nuru Paşa yanvar ayında burada bolşeviklərlə əlaqə saxlayıb guya bolşevik qoşunlarının Türkiyəyə qayıtmasına yardım etmək istəyirmiş. Amma, bir müddətdən sonra Nuru Paşa Dagıstana gedərək bolşevik qüvvələri ilə bütün əlaqələri kəsir. O başa düşür ki, Azərbaycanı bir dəfə xilas edib, yenidən bura rus qoşunlarının girməsinə yardım göstərmək onun şəxsiyyətinə, əqidəsinə sığan bir iş deyil. Ona görə də Dağıstan ərazisində bolşeviklərə qarşı mübarizə aparmağa başlayır. XI Qırmızı Ordu sərhədə yaxınlaşanda Nuru Paşa Dağıstandan Azərbaycana qayıdır. Əvvəlcə Gəncəyə, sonra isə Qarabağa gedir. Azərbaycanda bolşevik hakimiyyəti qurulandan sonra 1920-ci ilin iyununda Nuru Paşa və azərbaycanlı polkovnik Zeynalovun rəhbərliyi ilə Qarabağda, Tərtərdə, Cavanşir qəzasında antisovet üsyanı qalxır. İyul ayının 3-də onlar ətrafına topladığı qüvvələrlə Şuşaya girirlər və oradakı sovet qüvvələrini qaçmağa məcbur edirlər. Nuru Paşa 2 həftə ərzində Şuşanı öz nəzarəti altında saxlayır. Amma, sonradan sovetlər bütün gücünü toplayaraq yenidən həmin əraziləri ələ keçirir. Nuru Paşa antisovet üsyanında iştirak etmiş milli hərbi qüvvələrlə birlikdə Türkiyəyə geri çəkilir. Bu milli hərbi qüvvələr Türkiyədə İstiqlal mübarizəsinə qoşulurlar və onların içərisindən 2 nəfər Türkiyədə general rütbəsinə qədər yüksəlir. Onlardan biri Səməd Rəfibəyov, digəri isə Cahangir Novruzovdur (Berger). Nuru Paşa isə Türkiyəyə qayıdandan sonra çox ağır həyat keçirib. Yeni gələn qüvvələr onu qəbul etmək istəmirdilər. Bir müddət Almaniyada yaşadıqdan sonra yenidən Türkiyəyə qayıdır və çox çətinliklə iş qura bilir. İstanbulda Südlücə adlı məntəqədə onun silah fabriki olub. 1949-cu ilin fevral ayında Nuru Paşa özü də fabrikdə olanda məlum olmayan səbəb üzündən çox güclü partlayış baş verir və partlayış o dərəcədə güclü olur ki, Nuru Paşanın cəsədindən heç nə tapmaq mümkün olmur...
Allah rəhmət eləsin 🤲
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 3