Bəlkə də yolumda çəniydin mənim
Onsuz da məhəbbət uzaqdı mənə
Ən yaxın uzağım səniydin mənim
Sahibsiz çiçəkdin dağ qoynundakı
Dəyərli biriydin, həsrət dəyərə
Bilmirəm qəhvəyi gözlərin üstdən
Niyə bir diləyim düşməzdi yerə?
Bir gün dostum oldun, bir gün sevgilim
Haradan haraya gəldi gör işlər
Eh, niyə özünə bir ad tapmadı
Səmimi söhbətlər, gizli görüşlər?
hərdən qəhqəhələr, hərdən göz yaşı
gah qəmə batardın, gah əylənərdin
qırmızı şərabdan udumlayaraq
qara taleyindən gileylənərdin
nitqin tutulardı hərdən mən sənə
ağzımdan qaçırıb "gülüm" deyəndə
pambıq yanağına qəmzə düşərdi,
qəhvəyi gözlərin gülümsəyəndə
Sevirdin-sevmirdin anlamaq çətin
Görünür, ömrünün yazı deyildim
Bəs niyə nə zaman "sevmirəm" desən
Gözlərin dilinlə razı deyildi?
Bəlkə günəşiydin başımın üstdə?!
Bəlkə də yolumda çəniydin mənim
Onsuz da məhəbbət uzaqdı mənə
Ən yaxın uzağım səniydin mənim
#S
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев