Göz yaşı sel kimi axan süzülən,
Qəlbini,həsrətin acısı silən,
Kor olmuş bəxtini həm də lal bilən ,
Ömrünü odlayıb köz edən qadın.
Özün inandırıb, özün qandıran,
Sevgisi ugrunda özün yandıran,
Tənha gecələrdən özünü soran,
Ömrünü nadana söz edən qadın.
Gözündə kipriyi nəmə çəpərdi.
Yaralı ürəyi qəmə çəpərdi,
Gecəsi gündüzü kimə sipərdi?
Ömrünü namərdə döz edən qadın.
Yediyi, içdiyi ağzında zəhər,
Söz deyə bilməyir,baxır birtəhər,
Dodağı quruyur,boğazda qəhər,
Ömrünü nankora söz edən qadın.
Aynaya baxanda illərdə itər,
Günləri tək sayar ,dözdükcə bitər,
Ağzında sözünü güclə bitirər,
Ömür kitabına üz olan qadın.
Qadın əmanətdir,deyənlər bilsin,
Taleyi qaralı olanlar gəlsin,
Gözünü dərdlərin ovlasın ,dəlsin,
Ömür yollarında düz olan qadın.
Nailə🌷Nübar.
28-01-2024
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев