Fərqi yoxdur, kim necə qiymətləndirir, o anlamda. Siz məndən varlı olduğumu soruşdunuz, mən də etiraf etdim. Cəmiyyətimiz sovet tərbiyəsindən, sovet şüurundan, düşüncəsindən yavaş-yavaş çıxmalıdır. Artıq biz 30-cu ildə yaşamırıq və sovet quruluşu yoxdur.
Düşünməsinlər ki, kim rəiyyət balasıdırsa, o, kolxoz sədri, raykom katibi olacaq. Niyə insanlar sevinmir ki, varlı dedikləri İqbal Ağazadə pulu, imkanı ola-ola cəmiyyətin haqqı uğrunda vuruşur?! Hər halda ümumi cəmiyyətin ab-havasına baxanda dediyiniz varlı İqbal Ağazadə gedib sakitcə öz var-dövlətini yeyərdi, özü üçün yaşayardı, heç kimin haqqı uğrunda da vuruşmazdı. Nə həbsxanaya düşərdi, nə seçkilərdə mübarizə aparıb hakimiyyətin saxtakarlığı ilə üz-üzə qalardı. Əslində, cəmiyyət bu şeylərə sevinməlidir.
©️ İqbal Ağazadə
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1