İqbal Ağazadə 👍
    1 комментарий
    22 класса
    Mən çox varlı insanam. Fərqi yoxdur, kim necə qiymətləndirir, o anlamda. Siz məndən varlı olduğumu soruşdunuz, mən də etiraf etdim. Cəmiyyətimiz sovet tərbiyəsindən, sovet şüurundan, düşüncəsindən yavaş-yavaş çıxmalıdır. Artıq biz 30-cu ildə yaşamırıq və sovet quruluşu yoxdur. Düşünməsinlər ki, kim rəiyyət balasıdırsa, o, kolxoz sədri, raykom katibi olacaq. Niyə insanlar sevinmir ki, varlı dedikləri İqbal Ağazadə pulu, imkanı ola-ola cəmiyyətin haqqı uğrunda vuruşur?! Hər halda ümumi cəmiyyətin ab-havasına baxanda dediyiniz varlı İqbal Ağazadə gedib sakitcə öz var-dövlətini yeyərdi, özü üçün yaşayardı, heç kimin haqqı uğrunda da vuruşmazdı. Nə həbsxanaya düşərdi, nə seçkilərdə mübarizə aparıb hakimiyyətin saxtakarlığı ilə üz-üzə qalardı. Əslində, cəmiyyət bu şeylərə sevinməlidir. ©️ İqbal Ağazadə
    1 комментарий
    4 класса
    İqbal Ağazadə: SON XƏBƏR
    2 комментария
    7 классов
    İqbal Ağazadə İran aftafasını sındırdı !!! SON XƏBƏR
    1 комментарий
    1 класс
    Ermənistanın sülhə məcbur edilməsi və işğal olunmuş torpaqlarımızdan qoşunlarının çıxarılması çox əhəmiyyətli və dövlətimiz üçün misli görünməmiş uğurdur. Lakin üçtərəfli qaydada bağlanılan müqavilə yarımçıq, tələsik olmaqla yanaşı çoxlu suallar doğurur. Sənəddə deyilir: İşğalçı qoşunlar 15, 20 noyabr və 1 dekabr tarixdə müvafiq olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edir. 1. Axı işğalçı qoşunlar təkcə bu ərazilərdə deyil. İşğaldan azad olunmamış Xankəndi, Ağdərə, Xocalı, Əsgəran, Xocavənd rayonlarında Ermənistan Silahlı Qüvvələrinin və yerli özünümüdafiə qüvvələrinin kifayət qədər silahlı birləşmələri, xarici muzdlular, terrorçular var. Onların tərksilah olunması hansı prinsip və qrafiklə, razılaşma ilə həyata keçiriləcək? Bu olmayacaqsa və ya müqavilədə nəzərdə tutulmayıbsa, təhlükəsizlik üçün hansı zəmanətdən söhbət gedir?! 2. Əgər Dağlıq Qarabağa heç bir status verilməyəcəksə, (ki, bunu cənab Prezident çıxışında bir neçə dəfə xüsusi qeyd etdi) Xankəndi, Xocalı, Əsgəran, Ağdərə (Mardakert), Xocavənd (Martuni), Hadrut rayonlarının idarəetmə forması necə olacaq? Onlar mövcud Azərbaycan qanunlarına müvafiq idarə olunacaq, yoxsa əvvəlki formada? Əvvəlki formada idarə olunmasına Azərbaycan qanunları imkan vermir, yeni formada idarəçilik üçün keçid dövrünə və azərbaycanlı kadrlara ehtiyac var. Bu necə tənzimlənəcək? 3. İnzibati - ərazi vahidi xeyli əvvəl Azərbaycan tərəfindən dəyişdirilmiş Xankəndi, Xocavənd, Ağdərə, Hadrut, Xocalı ermənilərin bölgüsünə, yoxsa bizim müəyyən etdiyimiz ərazi vahidinə uyğun idarə olunacaq? 4. Adları Milli Məclis tərəfindən dəyişdirilmiş Stepanakert (Xankəndi), Martuni (Xocavənd), Mardakert (Ağdərə) bundan sonra necə adlanacaq? Bu suallar öz cavabını müvafiq sənəddə tapmayıbsa və ya tərəflər bu barədə razılığa gəlməyiblərsə, sülhməramlılar (rus qoşunları) gəldikdən sonra biz bunları hansı razılaşma və ya vasitə ilə gerçəkləşdirəcəyik? Razılaşma və sənəd olmadığı təqdirdə bizim o rayonlar üzərində hüquqi idarəçiliyimizi həyata keçirmək mümkün olmayacaq. Bu əvvəlcədən razılaşdırılmalıdır. Sənəddə deyilir: Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca bəlli sayda (razılaşmada göstərilib) Rusiya sülhməramlıları yerləşəcək. 1. Mövcud təmas xətti işğala qədərki azərbaycanlılar yaşayan bəzi kəndləri əhatə etmir. ( Kərkicahan, Sırxavənd, Xocalı və s). Bəs azərbaycanlılar o ərazilərə necə qayıdacaq? Təmas xətti dəyişdiriləcək? Axı qeyd olunur ki, tərəflər indiki vəziyyətlərində qalır və qoşunlar da o təmas xəttinə yerləşir? Bu Rusiyaya qoşunlarını artırmaq bəhanəsi verməyəcəkmi? Nəticədə, iki minə yaxın deyil, az qala bir neçə dəfə bu sayı artırmağa çalışmayacaqmı? 2. Münaqişə başlayan andan dünyanın müxtəlif bölgələrindən Cenevrə Konvensiyasının tələblərini pozaraq, qeyri-qanuni məskunlaşma həyata keçirilib. İndi onlar da qaçqın kimi geri qayıdacaqlar? Laçında, Qubadlıda, Şuşada məskunlaşmış ermənilər yoxsa Azərbaycan vətəndaşı hesab olunacaqlar? Onların say və vətəndaşlığı necə, hansı üsullarla müəyyən ediləcək? Yoxsa hər kəsə qaçqın adı verib onları Qarabağın içərilərinə daşıyacaqlar? 3. Təmas xəttini dəyişən Azərbaycan qaçqınların öz yerlərinə gəlməsinə izn verməklə yenidən köhnə vəziyyəti bərpa etməyəcəkmi? (Suqovuşan, Çinarlı, Hadrut, Tuğ və s) Demək ki, təmas xətti anlayışı bu gün üçün nisbidir və sabah qaçqınlar qayıdarsa, dəyişəcək. Faktiki olaraq, Dağlıq Qarabağın muxtar vilayət sərhədləri təmas xətti hesab olunacaq. Təəssüf ku, bu və buna bənzər problemlər də öz əksini sənəddə tapmayıb və sülhməramlıların yerləşməsindən sonra bunların həll olunacağı mümkünsüz görünür. Sənəddə deyilir: Laçın dəhlizi sülhməramlılar tərəfindən mühafizə olunacaq. 1. Bəs ölkə sərhəddindən keçid necə tənzimlənəcək? Sərhəd buraxılış məntəqəsində Azərbaycan sərhədçiləri olacaqml? 2. Pasport buraxılış və viza sənədləri hansı qanunla tənzimlənəcək, Azərbaycan qanunlarının icrası başqa ölkə tərəfindən həyata keçiriləcək? Bu konstitusiyaya və sərhəd qanunlarına zidd deyilmi? 3. Laçın dəhlizi vasitəsilə ölkəmizə gələnlərin sərhəddən qeyri-qanuni keçidi necə durdurulacaq? Axı Dağlıq Qarabağın heç bir statusu yoxdur və o məntəqədə də Azərbaycanın sərhəd keçid məntəqəsi nəzərdə tutulmur. 4. Ümumvətəndaşlıq pasportları necə verilir və əhalinin siyahıya alınmasının prinsipləri necə müəyyən edilir? 5. Ermənistan və Azərbaycan müvafiq olaraq, bir-birinin ərazi bütövlüyünü tanımayıb, Laçın dəhlizindən Azərbaycana keçid edən Ermənistan vətəndaşları hansı ölkədən viza alacaqlar? Yoxsa yenə kim nə vaxt istədi gələcək və nə istədi gətirəcək?! Bunu Rusiya qanunları tənzimləyəcək ya sülhməramlılar? Bu dövlətimizin gələcək təhlükəsizliyinə böyük zərbə deyilmi? Bu suallar da açıqdır və sülhməramlılar regiona yerləşdikdən sonra həll olunması mümkün olmayacaq. Sənəddə deyilir: Tərəflər arasında iqtisadi blokada götürüləcək və kommunikasiya xətləri açılacaq 1.Qoşunlar təmas xəttində və dəhlizdə yerləşirsə, rayon mərkəzlərində bank, maliyyə, vergi və s. orqanlar necə fəaliyyət göstərir? Hüquq-mühafizə orqanlarının müvafiq şöbələri necə və kimdən formalaşdırılır? 2. Dağlıq Qarabağın idarəçiliyi Azərbaycan qanunları əsasında həyata keçirilirsə, mərkəzlə bağlılıq və təyinatlar hansı formada olur? Bu sualların da cavabı və aydın izahı yoxdur və kimsə verə bilməz. İddia oluna bilər ki, zaman keçdikcə bu problemlər həllini tapacaq. 15 noyabrdan başlayaraq, sülhməramlılar bölgəyə girəcək. Razılaşdırılmamış bu detalları zaman-zaman gerçəkləşdirməyə rus qoşunları izn verəcəkmi? ƏSLA... Tarixdə baş verənlər bizə diktə edir ki, Rusiyaya və onların həyata keçirdiyi missiyaya inanmayaq. Buna görə də sülhməramlılar gələnə qədər bu və ya bunlara bənzər bütün suallar öz cavabını yazılı və tərəflərin imzası ilə tapmalıdır. Əks təqdirdə Rus qoşunları bölgəyə girərək, bizim aramızda dayanacaq, ermənilərin təhlükəsizliyini təmin edəcək, ermənilər isə bizim qanunları tanımayaraq, yenə də əvvəlki qaydada yaşamaqda davam edərək, növbəti qanlı mərhələyə hazırlaşacaq. Bu dəfə daha ciddi və tədbirli... Ən başlıcası... Mən Rusiya qoşunlarının sülhməramlı adı altında bölgəyə gəlməsinin qəti əleyhinəyəm. Harda Rusiya var orda qan, qada, etnik- milli separatizm, qarşıdurma var. Tarixən bu belə olub, bu gün də heç nə dəyişməyib. Rusiya olduğu bölgələrdə demokratikləşmənin qarşısın alır, inkişafa mane olur, maraqları tələb edəndə çəkinmədən ölkələrin daxili işinə müdaxilə edir. Cənubi Qafqazda da Rusiya öz maraqlarını məhz bu şəkildə təmin etməyə çalışır. İndi sülhməramlı adıyla Azərbaycana qayıtmağı da o planın tərkib hissəsidir. Lakin müasir şəraitdə Dağlıq Qarabağ probleminin xarakterini və uzunömürlülüyünü, işğal coğrafiyasının genişliyini nəzərə alaraq, bu variantda da müsbət çalarlar axtarmağa məhkumuq. Özəlliklə Türkiyənin nəzarət qrupunun tərkibində hansı status və faizlə təmsilçiliyi həyəcanla gözlədiyimiz məsələdir. Yalnız bunlar bəlli olduqdan sonra sülhməramlılar haqqında qəti mövqe qoymaq olar. İndilik... Yuxarıda toxunduğumuz və ona bənzər problemlər Türkiyənin iştirakı ilə 15 noyabr tarixinə qədər müzakirə olunmalı, qərar qəbul olunmalı və sənədlərdə öz əksini tapmalıdır. Heç bir sual açıq və cavabsız qalmamalıdır. Yalnız bundan sonra uğur və uğursuzluqdan danışmaq mümkündür. Hələlik isə... Ermənistandakı ictimai-siyasi vəziyyət bağlanılan niyyət sazişinin icrasını sual altında qoyur. Bu şərtlər çərçivəsində bağlanılan müqaviləyə Ermənistan ictimaiyyəti etiraz edirsə, Rus qoşunlarının 15 noyabrdan əvvəl bölgəyə girməsinə heç bir halda imkan vermək olmaz. Bu məsələdə Türkiyə həlledici rol oynamalıdır. Yekun olaraq... Bütün incəliklər sənədlər üzərində öz cavabını və əksini tapmalı, 15 noyabra kimi sənədləşdirilməli, gələcək üçün problem saxlamamalıyıq. Hər şey öz əlimizdədir, düzgün, ardıcıl, sistemli addımlar atmalı, birliyimizi pozmamalı, qaldığımız yerdən davam etməliyik. Hər şey Azərbaycan üçün!
    1 комментарий
    13 классов
    Mirşahin bu gün hazırladığı reportajda 1992-ci il döyüşçülərini məğlubiyyət əsgərləri adlandırıb. Hesab edirəm ki, bu, böyük yanlışlıqdır və növbəti reportajlarında mütləq bu səhvini düzəldəcək. Yox, əgər düzəltməzsə, yazdıqlarımı oxusun və bir də düşünsün Mirşahin bəy. Əsgər heç vaxt məglub olmur, döyüşü ya siyasətçilər, ya da sərkərdələr (komandirlər) uduzur, hörmətli Mirşahin bəy. Şəhid məğlub olmur, o həmişə əbədi qəhrəmandır! 1992-ci ildə Vətən uğrunda iyirmi min şəhid vermişik. Bugün qəhrəmanlıq göstərən əsgərimiz dünənki şəhidin, qazinin övladıdır. Siz Vətən uğrunda döyüşmüş əsgərə necə "məglubiyyət əsgəri" damğası vura bilirsiniz? O haqq kimsəyə verilməyib! Bu, Vətənə xidmət deyil, bölücülükdür. Bu, şəhidlərimizin ruhuna xəyanətdir. Bugün vətənpərvərlik təbliğatı aparan, insanları döyüşə səsləyən qazilərimizə həqarətdir. Etməyin belə, bununla bütövləşən millətimizi incidirsiniz, şəhidlərimizin ruhuna toxunursunuz, ayağını, əlini itirmiş, bircə qazilik ümidilə yaşayan keçmiş döyüşçünü əzirsiniz. Sevə bilmirsinizsə, heç olmasa, nifrət püskürməyin. İnsanların Sizə olan münasibətində kimsə günahkar deyil. P.S. İnanmaq istəyirəm ki, sizin bu mövqeyinizi heç hakimiyyət də sevmədi. Və mütləq bu səhvinizi düzəltməniz üçün sizə irad bildiriləcək. #qarabağ #iqbalağazadə #mirşahin #məğlubəsgəryoxdur #şəhidlərölməzvətənbölünməz🇦🇿
    4 комментария
    10 классов
    Bu gün siyasətçi yoxdur, bu gün alim yoxdur, ziyalı yoxdur, zəngin yoxdur, müəllim yoxdur, fəhlə yoxdur, olmamalıdır. BU GÜN ƏSGƏR VAR! Hamımız torpaqlarımızın işğaldan azad edilməsi üçün ŞƏHİD, QAZİ olmağa hazırıq! İqbal Ağazadə
    1 комментарий
    12 классов
    Lavrovun işğal olunmuş beş rayonla bağlı səsləndirdiyi fikir əslində onu təsdiq edir ki, proseslərə nəzarət edən Rusiya tərəfidir və məhz beş rayonun qaytarılması məsələsini gündəmdə saxlamaqla Rusiya münaqişəyə nəzarəti əlində saxlamaq istəyir və problemin bütövlükdə həll olunmasına tərəfdar deyil. Konflikt bütövlükdə həll olunsa, tərəflər hərəsi üzünü bir tərəfə tutub başqa xarici siyasət yürüdəcək və Rusiyanın Cənubi Qafqazdan çıxması şərt olacaq. Rusiya tərəflərin danışıqlardan imtina edib müharibə ritorikasına girdiyi bir vaxtda belə açıqlama verməklə həm emosiyaları sakitləşdirmək istəyir, həm də gələcək niyyətindən xəbər verir. Yəni, hətta gələcəkdə hakimiyyət dəyişsə belə, Rusiyanın planları dəyişməyəcək, konfliktin başqa bir şəkildə irəliləməsinə imkan verilməyəcək. Kəlbəcərsiz və Laçınsız həll yolu bizim milli maraqlarımıza cavab vermir. Hesab edirəm ki, əgər müharibəyə başlasaq, birinci Kəlbəcər işğladan azad olunmalıdır ki, söhbət beş rayon mərhələsindən çıxsın. Sərhədyanı rayonlar işğadan azad edilməlidir. Bu şamil olunmalıdır Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcərə. Azərbaycan Zavox keçid məntəqəsinə nəzarəti həyata keçirə bilməlidir. Həm Naxçıvan istiqamətindən, həm Qubadlı , həm də Laçının Güləbirdə söykənən istiqamətindən nəzarət həyata keçirilməlidir. Konfliktin danışıqlar yolu ilə həllinə bundan sonra baxılmalıdır. Rusiya konflikt üzərindəki hakimiyyətindən imtina etmək istəmir, ümumiyyətlə Rusiya dünyada harda varsa, orda konfliktlərlə qala bilir. Bu, Suriyada, Liviyada, Ukraynada, Abxaziya və Osetiyada, Ermənistanda da belə təşkil olunub. Rusiyanın olduğu yerdə demokratiya anlayışı yoxdur. Hesab edirəm, Rusiya bizimlə məqsədəmüvafiqliklə danışmamalıdır. Biri var hüquqa müvafiq, bir var məqsədə müvafiq yanaşma. Hüquqamüvafiklik Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə azad edilməsini diktə edir, məqsədəmüvafiqlikdən danışsaq, onda bizim məqsədimiz Göyçəyə, Zəngəzura qədər torpaqlarımızı geri almaq olmalıdır. Rusiyanın maraqları Kəlbəcər və Laçındırsa, bizimki də İrəvan olacaq. Ona görə Azərbaycanla heç kim məqsədmüvafiqliq prizmasından danışa bilməz. Ermənistan danışıqlara razılıq versə də verməsə də, dəyişən bir şey olmayacaq. Azərbaycan ən pis halda müharibənin birinci mərhələsini başlatmalıdır. Dörd rayon, Cəbrayıl, Zəngilan və Kəlbəcər işğaldan azad edilməlidir. Füzuli və Ağdam istiqamətindən hücuma keçməyin əhəmiyyəti yoxdur. O rayonlarla uğraşmağa dəyməz. Bu gün üçün. Bu gün əsas məsələ dövlət sərhədlərinin təmizlənməsi və bağlanmasıdır. Sərhədlərimiz azad edildikdən sonra danışıqlara oturulmalı, Ermənistan yenə israr etsə, Laçın dəhlizinin bağlanması gündəmə gəlməlidir. Bundan sonra Azərbaycanın daxilində terrorçularla mübarizə aparıb, öz problemini həll etməsi qalır. Yoxsa Ağdam Füzuli azad edildi, sərhəd zolağımızda Azərbaycan dövlətinin nəzarəti qurulmadı, olmaz. Dövlət sərhəddən başlayır. Bizim sərhədlərimiz pozulub. Laçın dəhlizi ona görə ilk mərhələdə açıq qoyulur ki, istəməyən vətəndaşlar getsinlər. Azərbaycanda qalanlar isə Azərbaycan qanunları ilə yaşamalıdırlar. Məsələnin həll yolu budur. Hərb yolu mütləq şərtdir. Bu 4 rayon işğaldan azad olunmasa, danışıqlar masasına otursaq, bizə hər kəs öz şərtini diktə edəcək. İndi hər kəs öz mövqeyini möhkəmləndirir. Biz bu gün adını çəkdiyim 4 rayonu azad etsək, bizə kimsə "gözün üstə qaşın var", deyə bilməz. Çünki bu, beynəlxalq hüquqa uyğundur. Niyə etmirik? - bax, bunu iqtidardan soruşmaq lazımdır. İqbal Ağazadə
    1 комментарий
    39 классов
    TƏŞƏKKÜRLƏR! Bu gün Qarabağ qazisi, Ümid Partiyasının sədri İqbal Ağazadənin doğum günüdür. Ümid Partiyasının Rəyasət Heyəti və bütün ümidçilər bu münasibətlə partiya sədrini təbrik edib. Ümidçilər İqbal Ağazadəni fərqli formada təbrik etdilər. Belə ki, ümidçilər şəxsi profil şəkillərini partiya sədrinin fotosu, Ümid Partiyası və Azərbaycan Respublikasının bayraqlarını özündə əks etdirən profil çərçivələri ilə bəzəyiblər: Hörmətli İqbal bəy! Sizi doğum gününüz münasibətilə təbrik edir, şəxsi həyatınızda və siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq. Siz Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarcasına döyüşmüş Qarabağ qazisi və Qarabağımızı, işğal altında olan torpaqlarımızı geri qaytarmaq uğrunda savaşan siyasi lidersiniz. Əminik ki, uğrunda canınızı qurban verməyi belə əsirgəmədiyiniz xalqımız sizin illərdir formalaşdırdığınız, israrla təlqin etdiyiniz barış, dostluq, qardaşlıq siyasətini milli siyasət müstəvisinə gətirəcək. Bunu bizə sizin səmimi, realist düşüncə üzərində ardıcıl yürütdüyünüz fəaliyyətiniz deyir və biz əminik ki, ölkənin demokratikləşməsi, millətin azadlığı uğrunda nəinki görəvini, hətta öz azadlığını belə qurban verən lider kimi müasir Azərbaycan tarixində əbədi qalacaqsınız. Cənab Sədr! Sıralarında minlərlə insanı birləşdirən böyük Ümid ailəsi çağdaş, demokratik və azad, ərazi bütövlüyü təmin olunan Bütöv Azərbaycan uğrunda müqəddəs mücadilənizdə sizinlə birlikdədir. Bir daha sizi doğum gününüz münasibətilə təbrik edir, can sağlığı, uzun ömür, xoşbəxtlik və siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq. Ümid Partiyasının Mətbuat Xidməti umidparty.org
    1 комментарий
    9 классов
    Bu gün Ümid Partiyasının lideri, ictimai - siyasi xadim, Qarabağ qazisi İqbal Ağazadənin ad günüdür. Bu münasibətlə hörmətli İqbal bəyi təbrik edir, can sağlığı, uğurlar arzulayırıq.
    2 комментария
    21 класс
  • Класс
00:49
İqbal Ağazadə
46 просмотров
  • Класс
Показать ещё