Onsuz da sosial cəhətdən müdafiəsi zəif olan vətəndaşlarımızın sayı kifayət qədərdir. Həm də pandemiya şəraitində bunu etmək kimə və nəyə xidmət edir? İnsanlar xəstəliklə yanaşı, yaşamaq uğrunda mübarizə aparırlar. İşsizlik, yoxsulluq insanlarımızı çətin duruma salıb.
Belə bir vəziyyətdə qiymətləri aşağı salmaq, komunal xərcləri - qaz, su, işıq pullarını - dövlət hesabına ödəmək , uşaq pulu verməyin yollarını aramaq əvəzinə yanacağın qiymətini qaldırıb əhalinin vəziyyətinə əhəmiyyətli təsir edəcək qərarlar vermək hansı məntiqə sığır?
Hər kəs müharibənin emosional-psixoloji eyforiyasından ayrılıb xalqın dərdini və sosial vəziyyətini də düşünməlidir. Hər şey Azərbaycan insanı üçün olmalıdır.
İnsanımız ağır durumdadır, sosial vəziyyət əksər ailələrdə dözülməzdir, işsizlik, pandemiya vətəndaşımızı yorub.
Hökumətə çağırış edirəm: bu tipli qərarları xalqın mənafeyi nəzərə alınmadan vermək heç bir ölçüyə sığmır. Vətəndaşımızı və onların vəziyyətini nəzərə alın, qərarlarınıza yenidən baxın. Belə olmaz.
©️ İqbal Ağazadə
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев