ŞAMAXI QUŞÇU KƏNDİ
Gül çiçəkdən tanrı verib payını
Gözəl edib illərini ayını
Görməmişəm her diyarda tayını
Yoxdu bərabəri tayı Quşçunun
Qoçaya cavana vardı hörməti
Tanrı burdan uzaq edib zilləti
Bir birinə mehribandır milləti
Yayılıb şöhrəti şanı Quşçunun
Sıldırım dağından şimşəklər çaxar
Düşməni odlayıb yandırıb yaxar
Hər tərəfə baxsan bulaqlar axar
Vardır tarixlərdə izi Quşçunun
Gələnləri duz çörəklə qarşılar
Gedənlərin hörmətini saxlıyar
Düşmən qabağında sinə dağlıyar
İgidlikdə var aslanı Quşçunun
Dağlarında vardır hər çürə nemət
Meyvəsi dadlıdır suları şərbət
Yaşı çox qədimdir sözləri hikmət
Alpaşa dastandır adı Quşçunun
Qoynunda böyüyüb başa catmişam
Ilhami cicəkdən,guldən almışam
Dünyanın işine lap mat qalmışam
Niyə cəkilməyir adı Quşçunun
******************************
Necə şairi var,nəğməkarı var
Qavali,kamani həmdə tarı var
Tükənməz dövləti coxlu varı var
Niyə cəkilməyir adı Quşçunun
******************************
Allah bəxş eləmiş nece övliya
Ondan şəfa tapmış həm el həm oba
Ziyarətgah piridi ulu Qoç Baba
Niyə cəkilməyir adı Quşçunun
******************************
Elmemmed pirinin yaşi bilinmir
Qarişib torpaga daşi bilinmir
Gör nələr cəkibdir başi bilinmir
Niyə cəkilməyir adı Quşçunun
******************************
Şixbolgusu baba söykənib dağa
Allahın əkbərdir ondan qağa
Ceyran ocağıda verib sadağa
Niyə cəkilməyir adı Quşçunun
******************************
Qaracuxa piri elin dayağı
Yel piri,babaqeher kendin ayagi
Eminalıda deyir şair sayağı
Niyə cəkilməyir adı Quşçunun
*******************************
Eminalı Məmmədli
Şamaxı rayon Quşçu kəndi
Müşfiq Səmədov
Sənə mehr məhəbbətim var axı,
Neçə ustad diyarısan Şamaxı.
Hər əsrdə şirin sözlü ,oğullar, Sənətkarlar,yetişdirdinŞamaxı.
Seyid Əzimin,Nəsimin öz yerində,
Xaqani tək dahilərin dilimdə,
Sabir də ki,əzbər olub dilimdə,
Sənətkarlar beşiyisən Şamaxı.
*** ***
***
Mən yurduma vurulmuşam əzəldən, Ustad Nafiz deyər şer qəzəldən.
Alim kimi ustad çıxıb bu eldən, Ustadların anasısan Şamaxı.
*** *** ***
Bu mahalda bu diyarda doğulub,
Rasim ,Şirzad,Gəray kimi oğullar. Abbas,Mahmud,Rza kimi aşıqlar,
Sənətkarlar yuvasısan Şamaxı.
*** *** ****
Çox insanlar olub sənin heyranın,
Var Abgülün,Mirələmin ,Zeynalın. Ağamurad,Aşıq Rza ,Nazimin,
Diyarısan,ocağısan Şamaxı.
*** *** ***
Elm sənət ocağısan qədimdən, Allah məni saxlamasın təbimdən.
Tükənməzdir ürəyimdə sözüm də,
Müşfiq ,səndən cox yazacaq Şamaxı....
BU KƏNDİN
Addım-addım, qarış-qarış
böyüdü,
Heyran oldum hikmətinə
bu kəndin.
Elə bil ki, "Min bir gecə"
nağlıdı,
Dözməmişəm möhnətinə
bu kəndin.
Hər bucağı, hər guşəsi
cənnətdi,
Bu torpağın hər qarışı
sərvətdi,
Qayası da, yamacı da
qeyrətdi,
Qurban olum ismətinə bu
kəndin.
Nənələrin nağıl deyən
dilləri,
Cilovlayıb şəlaləni, selləri,
Babaların qırış-qırış əlləri,
Naxış vurub şöhrətinə bu
kəndin.
Səndən uzaq qüssə yedim,
qəm yedim,
Hər dəqiqə "Obam" dedim,
"el" dedim,
Mən Heybətəm, hansı sözlə
vəsf edim,
Sözüm çatmır qüdrətinə
bu kəndin!
Heybət Hörmət,
"Qızıl qələm" mükafatı
laureatı
ŞAMAXI
Bu şəhərin darvazası şeirlə
Açıq olur qonaqların üzünə.
Burda şeiri qarışdırıb şərbətə
İçirdirlər qonaqların yüzünə...
Burda kimi dindirərsən şairdir,
Şairliyin kökü burda dərində.
Salam verib, salam alar şeirlə,
Qafiyəsi, hecası da yerində.
Ucaldılıb burda şeir heykəli,
Bu hykəli neçə şair yaradıb.
Xaqanilər, Nəsimilər, Seyidlər,
Bu torpağa ilhamından qor atıb.
Körpələr də bayatıyla bələnər,
Elə bilmə bu amandır, ya ahdır.
Şeir piri deyərlər bu şəhərə,
Şirvanlılar yazmasalar günahdır.
*************************
Heybət Hörmət
Şamaxı 1978
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Комментарии 11
Gül çiçəkdən tanrı verib payını
Gözəl edib illərini ayını
Görməmişəm her diyarda tayını
Yoxdu bərabəri tayı Quşçunun
Qoçaya cavana vardı hörməti
Tanrı burdan uzaq edib zilləti
Bir birinə mehribandır milləti
Yayılıb şöhrəti şanı Quşçunun
Sıldırım dağından şimşəklər çaxar
Düşməni odlayıb yandırıb yaxar
Hər tərəfə baxsan bulaqlar axar
Vardır tarixlərdə izi Quşçunun
Gələnləri duz çörəklə qarşılar
Gedənlərin hörmətini saxlıyar
Düşmən qabağında sinə dağlıyar
İgidlikdə var aslanı Quşçunun
Dağlarında vardır hər çürə nemət
Meyvəsi dadlıdır suları şərbət
Yaşı çox qədimdir sözləri hikmət
Alpaşa dastandır adı Quşçunun
Ilhami cicəkdən,guldən almışam
Dünyanın işine lap mat qalmışam
Niyə cəkilməyir adı Quşçunun
******************************
Necə şairi var,nəğməkarı var
Qavali,kamani həmdə tarı var
Tükənməz dövləti coxlu varı var
Niyə cəkilməyir adı Quşçunun
******************************
Allah bəxş eləmiş nece övliya
Ondan şəfa tapmış həm el həm oba
Ziyarətgah piridi ulu Qoç Baba
Niyə cəkilməyir adı Quşçunun
******************************
Elmemmed pirinin yaşi bilinmir
Qarişib torpaga daşi bilinmir
Gör nələr cəkibdir başi bilinmir
Niyə cəkilməyir adı Quşçunun
******************************
Şixbolgusu baba söykənib dağa
Allahın əkbərdir ondan qağa
Ceyran ocağıda verib sadağa
Niyə cəkilməyir adı Quşçunun
******************************
Qaracuxa piri elin dayağı
Yel piri,babaqeher kendin ayagi
Eminalıda deyir şair sayağı
Niyə cəkilməyir adı Quşçunun
*******************************
Eminalı Məmmədli
Şamaxı rayon Quşçu kəndi
Qızların yaraşır toya düyünə
Aşiq arzu deyir doğma elinə
Gedərəm dönərəm yenə kəndimə
* * * * * * * * * * * * * * * * * * * * * * *
Gözəl torpağında pirlərin vardır
Tarixi yaşadan sirlərin vardır
Yazın güllü bahar qışında qardır
Gedərəm dönərəm yenə kəndimə
* * * * * * * * * * * * * * * * * * * * * * *
Yaşamışdır öz elindən aralı
Sabiri tanıdar cəmalda xalı
Böyükağa bağında Quşçu bulağı
Gedərəm dönərəm yenə kəndimə
* * * * * * * * * * * * * * * * * * * * * * *
Əzizalıyam yaşadadağacam hər anı
Xankişidir bu elin pəhləvanı
Şirin nəğməkarım Hacalı hanı
Gedərəm dönərəm yenə kəndimə
* * * * * * * * * * * * * * * * * * * * * * *
Balakişiyev Əzizalı Babalı oğlu
Şamaxı şəhəri
Sənə mehr məhəbbətim var axı,
Neçə ustad diyarısan Şamaxı.
Hər əsrdə şirin sözlü ,oğullar, Sənətkarlar,yetişdirdinŞamaxı.
Seyid Əzimin,Nəsimin öz yerində,
Xaqani tək dahilərin dilimdə,
Sabir də ki,əzbər olub dilimdə,
Sənətkarlar beşiyisən Şamaxı.
*** ***
***
Mən yurduma vurulmuşam əzəldən, Ustad Nafiz deyər şer qəzəldən.
Alim kimi ustad çıxıb bu eldən, Ustadların anasısan Şamaxı.
*** *** ***
Bu mahalda bu diyarda doğulub,
Rasim ,Şirzad,Gəray kimi oğullar. Abbas,Mahmud,Rza kimi aşıqlar,
Sənətkarlar yuvasısan Şamaxı.
*** *** ****
Çox insanlar olub sənin heyranın,
Var Abgülün,Mirələmin ,Zeynalın. Ağamurad,Aşıq Rza ,Nazimin,
Diyarısan,ocağısan Şamaxı.
*** *** ***
Elm sənət ocağısan qədimdən, Allah məni saxlamasın təbimdən.
Tükənməzdir ürəyimdə sözüm də,
Müşfiq ,səndən cox yazacaq Şamaxı....
Addım-addım, qarış-qarış
böyüdü,
Heyran oldum hikmətinə
bu kəndin.
Elə bil ki, "Min bir gecə"
nağlıdı,
Dözməmişəm möhnətinə
bu kəndin.
Hər bucağı, hər guşəsi
cənnətdi,
Bu torpağın hər qarışı
sərvətdi,
Qayası da, yamacı da
qeyrətdi,
Qurban olum ismətinə bu
kəndin.
Nənələrin nağıl deyən
dilləri,
Cilovlayıb şəlaləni, selləri,
Babaların qırış-qırış əlləri,
Naxış vurub şöhrətinə bu
kəndin.
Səndən uzaq qüssə yedim,
qəm yedim,
Hər dəqiqə "Obam" dedim,
"el" dedim,
Mən Heybətəm, hansı sözlə
vəsf edim,
Sözüm çatmır qüdrətinə
bu kəndin!
Heybət Hörmət,
"Qızıl qələm" mükafatı
laureatı
Həm sevincim həm kədərimsən,
Mənim gözəl səhərimsən,
EY SAMAXI EY SAMAXI!
Bu şəhərin darvazası şeirlə
Açıq olur qonaqların üzünə.
Burda şeiri qarışdırıb şərbətə
İçirdirlər qonaqların yüzünə...
Burda kimi dindirərsən şairdir,
Şairliyin kökü burda dərində.
Salam verib, salam alar şeirlə,
Qafiyəsi, hecası da yerində.
Ucaldılıb burda şeir heykəli,
Bu hykəli neçə şair yaradıb.
Xaqanilər, Nəsimilər, Seyidlər,
Bu torpağa ilhamından qor atıb.
Körpələr də bayatıyla bələnər,
Elə bilmə bu amandır, ya ahdır.
Şeir piri deyərlər bu şəhərə,
Şirvanlılar yazmasalar günahdır.
*************************
Heybət Hörmət
Şamaxı 1978