MƏHƏRRƏM AYININ ƏMƏLLƏRİ:
Agah olaq ki, bu ay Məsumların (ə) və onların davamçılarının qəm və qüssə ayıdır.
Həzrət İmam Rzadan (ə) nəql edilir: “O zaman ki, Məhərrəm ayı gələr, heç kim atamı gülərüz görməzdi. Onuncu gününə qədər bu qəm və qüssəli olmağı davam edərdi. Aşura günü çatanda, onun müsibət, qəm və göz yaşı günü olardı. Buyurardı: Bu gün elə bir gündür ki, Hüseyn (ə) şəhid olmuşdur”.
Məhərrəm ayının ilk gecəsi: İbni Tavus “İqbal” kitabında bu gecə haqqında bir neçə namaz zikr etmişdir.
1) Yüz rükət namazdır ki, hər bir rükətində “Həmd” və “Tövhid” surələri oxunur.
2) İki rükətli namazdır ki, birinci rükətdə “Həmd” və “Ənam” və ikinci rükətdə isə “Həmd” və “Yasin” surəsi oxunar.
3) İkirükətli namazdır ki, hər bir rükətində “Həmddən” sonra 11 dəfə “Tövhid” surəsi oxunar.
Bu aydan Səndən şeytandan hifz edilməyimi, günah işlədə bilən nəfsə qələbə çalmağımı, məni Sənə yaxınlaşdıran şeylərlə məşğul olmağımı istəyirəm.
Ey Böyük və böyüklərin Sahibi! Ey sığınacağı olmayanların Sığınacağı! Ey o kəsin qəm yeyəni ki, onun qəm yeyəni yoxdur! Ey o kəsin pənah yeri ki, başqa pənah yeri yoxdur! Ey o kəsin fəryadına çatanı ki, fəryadına çatan yoxdur!
Namazdan sonra Allahı çoxlu zikr edin, Peyğəmbərə (s) salavat göndərin, nə qədər bacarırsınızsa ibadət edin.
Bu gecənin ibadəti 70 ilin ibadətinə bərabərdir. Əgər kimsə bu gecə Kərbəlada olarsa, İmam Hüseyni (ə) ziyarət etsin və o Həzrətin yanında səhərə qədər dua etsin. Allah onu, şəhidlər sırasında məhşur edər.
Aʟʟᴀʜ ᴢiᴋʀ ᴠə ᴅᴜᴀʟᴀʀɪᴍɪᴢɪ ǫəʙᴜʟ ᴇᴛsɪɴ 🤲🏻
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев