Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Ulubaşın zirvəsi qar.
Əl uzatsan,əlmi çatar?!
Durna ötər qatar-qatar.
Baxan deyər bir də baxım.
Nə gozəldir mənim QAXİM!
Bol məhsullu çöllərinə heyranam.
Zəhmətsevər əllərinə heyranam.
Dostlar,gəlin indi baxın
dəyişibdir hüsnü QAXIN.
Baxan deyir bir də baxım.
Nə gözəldir mənim QAXIM!
Qartal süzür dağ başında.
hər qayanda,hər daşında.
Tarixin var min yaşında.
Baxan deyir bir də baxım.
Nə gözəldir mənim QAXIM!
Beşbulağın suyu buz tək.
Süfrəmizdə halal çörək.
SARIBAŞDA bir lövhə çək.
Görən desin bir də baxım.
Nə gözəldir mənim QAXIM!