"
A A A
[12.09.2013]
"Azərbaycanla oyunlarda uğurlu çıxış edə bilsəydik..."
"Seçmə mərhələnin startında əsas hədəfimiz 5 xal toplamaq idi. Artıq bu vəzifəni yerinə yetirmişik. Ancaq bu o demək deyil ki, bundan sonra dayanacağıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri Lüksemburq millisinin baş məşqçisi Lük Holts deyib.
Lüksemburq mətbuatına danışan Holts Azərbaycanla oyunlarda itirdikləri xallara təəssüflənib: "Qarşıda bizi iki çətin oyun gözləyir. Hər iki görüşdə xal qazanmağa çalışacağıq. Azərbaycanla oyunlarda uğurlu çıxış edə bilsəydik, indi aktivimizdə daha çox xal olardı".
Qeyd edək ki, öz meydanında millimizlə 0:0 oynayan Lüksemburq yığması Bakıda 1:1 bərabərə qalmışdı.
http://ok.ru/group/53160460288247
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев