Dörd ədəd iki rükət gecə namazı niyyəti ilə və hər iki rükətdən sonra salam verilir, iki rükət Şəf namazı niyyəti ilə və bir rükət də Vitr namazı niyyəti ilə qılınır. Gecə namazının səkkiz rükətində müstəhəbdir ki, əvvəlinci iki rükətində həmddən sonra altımış dəfə hər rükətində otuz dəfə İxlas surəsi oxunsun. Namazdan qurtaran kimi onunla Allah arasında heç bir günah qalmaz. [Məfatihul Cinan. Şeyx Abbas Qumi s. ] Yaxud onun əvvəlinci rükətində həmddən sonra İxlas surəsini, ikinci rükətində ‘ Qul ya əyyuhəl kafirun ‘ oxusun, digər altı rükətdə isə həmd və istədiyi hər hansı surəni oxuya bilər. Səkkiz rükət olan gecə namazından qurtaran kimi müstəhəbdir ki, Şəf namazını yerinə yetirsin, ondan ayrıldıqdan sonra isə bir rükət Vitr namazını yerinə yetirsin, həmddən sonra Qul huvəllahu əhəd-i üç dəfə, Fələq və Nas surələrini də oxusun. Sonra əlləri qaldıraraq qunut tutsun, qunutda istədiyi duanı oxuya bilər, amma yaxşı olar ki, aşağıdakılara riyayət etsin. 1.Qırx möminin barəsində dua etmək və onlar üçün bağışlamaq diləmək. [Əllahumməğfir li fulan ]. Fulan əvəzinə istədiyi adamın adını deməlidid. 2.Yetmiş dəfə istiğfar etmək. [Əstəğfirulləhə rəbbi və ətubu iləyh] 3.Yeddi dəfə bu dunı demək. [Haza məqamul aizi bikə minənnar] Bu bir kəsin yeridir ki, oddan sənə pənah aparmışdır. 4.Üç yüz dəfə demək [İlahi Əl -əfv] Hədisdə gəlmişdir; Nafilə [müstəhəbbi] namazlar hədiyyə hökmündədir, hər bir surətdə qəbul olunur. [Qisarul Cüməl c.2] FƏLƏQ SURƏSİ Bismillahir rəhmanir rəhim 1- Qul əuzu birəbbil fələq. 2- Min şərri ma xələq. 3- Və min şərri ğasiqin iza vəqəb. 4- Və min şərrin nəffasati fil uqəd. 5- Və min şərri hasidin iza həsəd. Bağışlayan və mehriban Allahın adı ilə 1.De: Pənah aparıram sübhün Rəbbinə(bulaqların və bitkilərin çıxması ilə yarılan yerin, övladların doğulması ilə əmələ gələn qohumluq əlaqələrinin və ölülərin dirilməsi üçün yarılan qəbirlərin Rəbbinə) 2.Yaratdıqlarının şərindən (şərr sahib olan - şeytanlar, xəbis cinlər və maddi şərlərdən). 3.Və (zülmətə) bürünməkdə olan qaranlıq gecənin şərindən və hücum edən hər hansı bir şər mövcudun şərindən 4.Və düyünlərə üfürən (cadugər) qadınların şərindən. 5. Və paxıllıq etdiyi zaman paxılın şərindən. NAS SURƏSİ Bismillahir rəhmanir rəhim 1- Qul əuzu birəbbin nas. 2- Məlikin nas. 3- İlahin nas. 4- Min şərril vəsvasil xənnas. 5- Əlləzi yuvəsvisu fi sudurin nas. 6- Minəl cinnəti vən nas. Bağışlayan və mehriban Allahın adı ila 1.De: Pənah aparıram insanların Rəbbinə (yaradılış mərhələsinin əvvəlindən tərbiyə mərhələsinin sonuna qədər onları tərbiyə edənə). 2.İnsanların hökümdarına və (mütləq) hakiminə. 3.İnsanların (həqiqi) məbuduna. 4.Gizlincə vəsvəsə edənin, o irəli – geri çəkilənin şərindən 5.O, (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır, 6.İstər cinlərdən olsun, istərsə də insanlardan. GÜNDƏLİK NAFİLƏLƏRİN VAXTI Zöhr namazının nafiləsi günorta namazından qabaq qılınır. Onun vaxtı günortanın əvvəlindən başlayıb, onu künorta namazından əvvəl qılmaq mümkün olduğu zamana qədər davam edir. Ancaq bir şəxs günortanın nafiləsini günortadan sonra görünməyə başlayan göstərici çubuğun kölgəsinin yeddidə iki uzunluğa çatanadək təxirə salsa, yaxşı olar ki, Zöhr namazını Zöhr nafiləsindən qabaq qılsın. Əsr namazının nafiləsinin vaxtı Əsr namazından qabaq qılınır. Əgər bir şəxs Əsr namazının nafiləsini göstərici çubuğun kölgəsinin yeddidə dörd uzunluğa çatənədək təxirə salsə, yaxşı olar ki, Əsr namazını nafilə namazından qabaq qılsın. Məğrib namazının nafiləsinin vaxtı Məğrib namazını qılıb qurtardıqdan sonra başlayır. Lakin bir şəxs Məğrib nafiləsini gün batan tərəfdə görünən qızartı itdiyi zamana qədər təxirə salsa, yaxşı olar ki, əvvəl İşa namazını qılsın. İşa namazının nafiləsinin vaxtı İşa namazı qılıb qurtardıqdan sonra başlayır və gecə yarısına qədər davam edir. Yaxşı olar ki, İşa namazından sonra dərhal qılınsın. Sübh namazının nafiləsi Sübh namazından qabaq qılınır. Ehtiyat budur ki, birinci fərəcdən əvvəl qılınmasın. Gecə nafiləsinin vaxtı gecə yarısından Sübh azanına qədər davam edir. Amma yaxşı olar ki, Sübh azanına yaxın vaxtda qılınsın
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев