a.s) nəql olunmuşdur ki, hər kəs Allaha xatir Yasin surəsini oxuyarsa Allah taala o şəxsi bağışlayar,və ona on iki dəfə Quranı xətm edən şəxsin savabını verər.
Yasin surəsinin hər hansı xəstənin yanında oxuyularsa onun hər hərfi müqabilində on mələk nazil olaraq xəstənin kənarında səff çəkib, onun üçün istiğfar edərlər. Onun ruhu bədənində ayrılarkən həmin mələklər xəstənin kənarındadırlar, öldükdən sonra çənazəsini müşaiyyət edir,onun üçün namaz qılır və dəfn olunarkən (qəbri üstə) hazır qalırlar.
Bu mübarək surəni can verən şəxs özü oxusa və ya onun kənarında oxuyarlarsa,behiştin xazini, behişt suyu ilə hazırlanmış şərbət ilə onun yanına gəlib,şərbəti ona içizdirər. Can verən şəxs o şərbəti içəndən sonra sirab ölər, sirab məbus olar və sirab behiştə daxil olar.
Nəql olunur ki, Mübarək Yasin surəsi sahibinə( onu oxuyana və yaxud niyyətinə oxunan şəxsə) dünya və axirət xeyrini çatdırar. Həmçinin dünya bəlalarından hifz və axirət qorxularından uzaqda saxlanar.
Mübarək Ysin surəsini oxumaq 20 həçç ilə bərabərdir. Onu eşidən( Mübarək yasin surəsini oxunarkən onu dinləyən) şəxs üçün min nur, min yəqin, min bərəkət, və min rəhmət vardır.
Daha bir hədisdə nəql olunur ki, qəbirstanlıqda hazır olarkən Yasin surəsini oxuyan, Allah təala (o qəbistanlıqda dəfn olunmuş) ölülərin əzabını azaldar. Və orada dəfn olunmuş ölülərin sayı qədər, Yasin oxuyan şəxsə həsanat əta edər.
Həzrəti İmam Çəfəri Sadiqdən(ə) nəql olunur ki, Yasin surəsini gündüz oxuyan şəxsə o gün çoxlu ruzilər veriləcək və geçəyə qədər bəlalardan hifz olunacaq. Onu yatmazdan öncə oxuyan şəxs üçün Allah təala min mələki müvəkkil edər ki, onu bütün şeytanların şərindən qorusunlar. əgər o gün dünyadan köçərsə Allah təala onu behiştə daxil edər.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев