Предыдущая публикация
Yapışdıran tapılmır min ildi.
Bəs ayrılıq nədir ki?bir addım.
Nə fərqi var sən atdın, mən
atdım.
Qapın döyən qonaq yox..ölümsə,
Qonaq kimi qəbul et…gülümsə.
Bu gün sənin əcəllə toyundur
Duvağı aç başından…soyundur.
Çiçək açarmı yanmış çubuqdan,
Əlin donur əlimdə soyuqdan.
Nəfəs dəyir yavaşca…sönür şam.
Yuxum gəlir səninçün...bu axşam.
Kim oynadı həyatla, uduzdu.
Ölüm qara qəpikdən ucuzdu.
Gözündə parlayan bu nə yaşdı?
Mənimçün ağlayırsan?Nə yaxşı?
Payız gəlir küləklə…yağışla.
Səni atıb gedərsəm, bağışla…
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев